Ermənistan KTMT-nin təklif etdiyi vəzifədən imtina etdi

19:55 10-03-2023 | icon 468 | Dünya
Ermənistan KTMT-nin təklif etdiyi vəzifədən imtina etdi

Ermənistan ona təklif edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin müavini vəzifəsindən imtina edib.

 

Ermənistan həmçinin bu qərarı barədə təşkilata məlumat verib.

 

Bu barədə respublika Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib.

“Biz KTMT-yə müvafiq təklifi təqdim etmişik”, - deyə o qeyd edib.

 

Hazırda KTMT Baş katibinin üç müavini var: Valeri Semerikov (Rusiya Federasiyası), Samat Ordabayev (Qazaxıstan), Tahir Xayruloyev (Tacikistan).

 

Baş katib üç illik müddətə seçilir. 2023-cü il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək bu vəzifəyə İmanqali Tasmaqambetov təyin edilib. Kvota üzrə vəzifələrə təyinat baş katib tərəfindən KTMT-yə üzv dövlətlərin təklifi ilə üç ildən bir rotasiya əsasında həyata keçirilir. Katiblikdə bu cür vəzifələrin sayı ölkələrə, onların büdcəyə töhfələrinə mütənasib olaraq təyin edilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI