Səhər yeməyindən imtina insulta səbəb olur

10:35 13-03-2023 | icon 502 | Sağlamlıq
Səhər yeməyindən imtina insulta səbəb olur

Osaka Universitetinin alimlərinin araşdırmasına görə, səhər yeməyindən imtina etmək hemorragik insult riskini 36% artırır.


Xüsusilə həftədə beş dəfə səhər yeməyinindən imtina edənlər də oxşar təhlükə ilə üzləşiblər.
 
 
Aaraşdırmalar zamanı 45-74 yaş arasında olan 82 772 insanın vəziyyətinin monitorinqi zamanı toplanmış məlumatların təhlili göstərib ki, səhər yeməyindən imtina etmək səhər saatlarında qan təzyiqinin artması ilə əlaqələndirilir. Bununla da beyin qanaması ehtimalını artır.
 
 
Mütəxəssislər qeyd ediblər ki, səhər saatlarında yüksək təzyiq beyin üçün təhlükəlidir. Yuxudan sonra, səhər yeməyindən sonra yüksəldikdə təzyiq azalır və bu fərq damarlar üçün ciddi yükə çevrilir.
 
 
Səhər yeməyindən imtina edənlər təkcə insult deyil, həm də infarkt və diabet riskinin artması ilə üzləşirlər.
Alimlər bildirdilər ki, səhər yeməyi vərdişi olan insanlar axşam və gecə çox yeməyə meylli deyillər. Ümumiyyətlə, sağlamlıqları daha yaxşıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi