Bələdiyyə bütün biletləri aldı


UEFA Konfrans Liqasının 1/8 final mərhələsində keçiriləcək “Sivasspor” - “Fiorentina” cavab oyunu üçün azarkeşlərin bilet almasına ehtiyac olmayacaq.
Türkiyə klubunun yaydığı məlumata görə, bütün biletləri Sivas Bələdiyyəsi alıb. Biletlər azarkeşlərə pulsuz paylanacaq. Bir nəfər maksimum üç biletə sahiblənə biləcək.
Sabah keçiriləcək “Sivasspor” - “Fiorentina” matçı Bakı vaxtı ilə 21:45-də başlayacaq. İlk görüşdə italyanlar minimal hesablı (1:0) qələbə qazanıb.
Xəbər lenti

Məleykə Abbaszadə valideynləri günahlandırdı
"Mlərəsə övladlarının 700 bal toplamasının acığını vermək üçün..."