Ölkə üzrə 700-ə yaxın direktor vəzifəsinə vakant yer var

14:15 05-02-2019 | icon 659 | Təhsil
Ölkə üzrə 700-ə yaxın direktor vəzifəsinə vakant yer var

 

Hazırda ölkə üzrə 700-ə yaxın direktor vəzifəsinə vakant yer var.

 

Versus.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, həmin yerlərin yalnız 11-i Bakı şəhərinin payına düşür.

 

E.Bağırov bildirib ki, vakant direktor yerlərinə işə qəbul üçün keçirilən müsabiqədə iştirak edən 1500-ə yaxın namizəddən 730 nəfəri müvafiq keçid balını toplayaraq müsahibə mərhələsinə dəvət edilib:

 

"Sabahdan direktorların işə qəbulu üzrə keçirilən müsahibə mərhələsində uğur qazanan 228 şəxsin yerləşdirilməsi prosesinə başlanacaq. Uğur qazanan namizədlər nazirliyə dəvət olunacaq və onlara vakant yerlər təqdim ediləcək. Hazırda nazirlik tərəfindən müsabiqənin yekun yerləşdirmə mərhələsi həyata keçirilir. Uzun davam edən müsabiqə dövründə yeni vakant yerlər yarandığı üçün namizədlərə elektron ərizələrinə qeyd edilən yerlərdən əlavə yeniləri də təklif oluna bilər".

 

Nazirlik rəsmisi əlavə edib ki, vakant yerlər namizədə göstərdiyi bilik və bacarığa uyğun təqdim ediləcək:

"Ola bilər ki, bəzi hallarda namizədlərə şagird kontingenti az olan kənd məktəbləri təklif edilsin".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər