Tom Kruzun nifrətin dərəcəsi

09:12 16-03-2023 | icon 125 | Şou-biznes
Tom Kruzun nifrətin dərəcəsi

60 yaşlı amerikalı aktyor Tom Kruz keçmiş həyat yoldaşı Nikol Kidmanı görmək istəmədiyi üçün “Oskar” mükafatlarının təqdimetmə mərasimində iştirak etməyib.

 

Bu barədə “Daily Mail” öz mənbələrinə istinadla xəbər yayıb.

 

Bildirilir ki, hətta “Top Gun: Maverick” filminin altı mükafata namizəd olması da Tom Kruzu tədbirə cəlb etməyib.

 

“Tom orada deyildi, çünki Nikol mərasimdə idi, o isə dava istəmirdi”, - deyə mənbədən bildirilib.

 

Kruza yaxın mənbələr isə nəşrə bildiriblər ki, onun iştirak etməməsinin səbəbləri “şəxsi” deyil, qrafiklə bağlı problemlərin nəticəsidir.

 

Xatırladaq ki, Kruz “Top Gun: Maverick”in dünya premyerasına helikopterlə yollanıb. Bundan başqa, o, 2022-ci ildə ABŞ-nin ən gəlirli filmlərindən birində dəstəyə görə tamaşaçılarına qeyri-adi təşəkkürü ilə gündəm olub (Belə ki, o ürək sözlərini Cənubi Afrikada “Missiya: Mümkünsüz” (“Mission: Impossible”) filminin çəkilişləri zamanı təyyarədən sərbəst uçuş zamanı çatdırıb).

 

Bu səbəbdən Kruzun gərgin iş qrafiki üzündən tədbirə qatılmaması ilə bağlı deyilənlər tamaşaçıları inandırmayıb.

 

Qeyd edək ki, Kruz Kidmanla 2001-ci ildə 11 illik evlilikdən sonra “barışmaz fikir ayrılıqları”nı əsas gətirərək boşanıb.

 

Yeri gəlmişkən 55 yaşlı aktrisa “Oskar” mükafatlandırma mərasiminə hazırkı əri, musiqiçi Keyt Urbanla çıxıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

Ordumuz Ermənistana cavab ATƏŞİ AÇDI

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN