Deputatdan Avropa Parlamentinə MESAJ

15:00 16-03-2023 | icon 493 | Siyasət
Deputatdan Avropa Parlamentinə MESAJ

Razi Nurullayev: “Qəbul etdiyi qətnamələr bizim üçün heç bir əhəmiyyət kəsb etmir”

 

Avropa Parlamenti Azərbaycana qarşı növbəti qərəzli, qeyri-obyektiv qətnamə hazırlayır. Bu cür qətnamələrlə Ermənistanın 30 illik işğal dövrü ərzində Azərbaycanın maddi-mədəni irsinə qarşı törətdiyi vandalizm tamamilə inkar edilir, pərdələnir. Lakin təkcə BMT-nin qəbul etdiyi 4 qətnamədə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi əsas fakt olaraq ortaya qoyulduğu halda, Avropa Parlamenti niyə həqiqətləri görmür? 30 illik erməni işğalının fəsadları bu gün də ortada olduğu halda Avropa Parlamentini usanmadan, utanmadan Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etməyə vadar edən nədir? 

 

Versus.Az deputat Razi Nurullayevin bu istiqamətdə müsahibəsini təqdim edir.

 

- Razi bəy, məlum olduğu kimi, Avropa Parlamentində  Azərbaycana qarşı qəbul olunacağı qeyd olunan qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya “blokada”da olması kimi iddialar, eləcə də “Minsk Qrupu”, “status”, “Dağlıq Qarabağda və ətrafında” kimi keçmiş, sərsəm və gündəlikdə umumiyyətlə olmayan məsələlər qeyd edilib. Bu qurumun bizimlə dərdi nədir, niyə qərəzindən əl çəkmir, bununla nəyə nail olmağa çalışır?

 

- Avropa institutlarının Azərbaycana qarşı belə bir qərəzli mövqe sərgiləməsi hiddət doğurur. Avropa institutları 30 il ərzində Azərbaycanda işğal siyasəti aparan Ermənistana qarşı bir dəfə də ağzını açıb vandalizmi pisləmədi. Avropanın insan hüquqlarının müdafiəçiləri kimi çıxış edən beynəlxalq qurumlar öz yurdunda təcavüzə məruz qoyulan, məcburən qaçqın, köçkün həyatı yaşayan 1 milyondan çox insanımızın istirablarına səssiz qaldılar. Artıq iki ildir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Avropa institutlarının gözünün qarşısında xabaralığa çevrilmiş ərazilərimiz var, Ermənistanın müharibə  və insanlıq əleyhinə cinayətləri dəlil, sübutlarla meydandadır. Amma hansısa qurumlar yenə də təcavüzkarı müdafiə edir. Ermənistan şəhər və kəndləri dağıtmaqla yanaşı, Azərbaycan xalqının bu ərazilərdəki bütün mədəni irsini məhv edib. Çoxsaylı tarixi, mədəni və dini abidələr, arxeoloji qazıntı məkanları, kitabxanalar və muzeylər, muzey eksponatları, nadir əlyazmalar, məzarlıqlar sistemli şəkildə viran qoyulub və talanıb. Məscidlər yerlə-yeksan edilib, inək və donuz saxlanılan yerlərə çevrilərək, təhqir olunub.  Amma Avropa Parlamenti bütün bu erməni cinayətlərini görməzdən gəlib Ermənistanın yanında dayanır. Deməli belə bir qurumun qəbul etdiyi qətnamə bizim üçün də mənasız kağız parçasından başqa bir şey deyil.  Bu kağız parçası bizim regionda apardığımız siyasətə, atdığımız addımlara, eləcə də hədəflərimizə qarşı təsir göstərmək gücündə deyil. Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib, Ermənistanı dəstəkləməklə ikilisatandartlarını ortaya qoyur, dünyaya ədalətsizlik toxumu səpir. Bu  toxumlar nəticəsində də yeni müharibə ocaqları yaranır. Müharibələr başlayan zaman isə bu təşkilatların qətnamələrini, bəyannamələrini heş kəs ciddiyə almır. Ona görə də Rusiya Ukrayna ilə müharibəsində Avropanın, Qərbin haqlı tələbini qəbul etmir.  Çünki o qədər haqsızın yanında dayanıblar ki, artıq haqqı deyəndə sözlərini dinləyən olmur. Beynəlxalq təşkilatlar, institutlar özlərini bataqlığa salıb. Ona görə də Avropa Parlamentinin yenidən Azərbaycan əleyhinə qətnamə çıxardıb, yenidən Ermənistanın tərəfini saxlaması bu qurumun biabırçılığının son nöqtəsi olacaq.

 

- Avropa Parlamenti işğal dövründə Azərbaycan ərazilərində dağıdılmış və ciddi ziyan vurulmuş 67 məscidi, yerlə-yeksan edilmiş İslam mədəniyyəti abidələrini inkar edib,  ermənilərə aid abidələrin dağıdılması ilə bağlı narahatlığını önə çəkir. Bu düşüncə tərzi ilə dini, irqi ayrı-seçkiliyi təşviq edən Avropa hansı təhlükəli tendensiyalara rəvac verir. Bu yanaşma Avropa Parlamentinin insan haqlarına, dövlətlərin suverenliyinə, azadlığına hansı aspektən yanaşmanın təzahürüdür?

 

- YUNESKO -ya dəfələrlə edilən müraciətlərimizə baxmayaraq bu günə qədər də bu təşkilat Azərbaycanın işğaldan azad olunan ərazilərinə öz missiyasını göndərməyib. Amma çox gözəl bilirlər ki, həmin ərazilərdə Azərbaycanın 67 məscidi dağıdılıb. Salamat qalan məscidlərin divarları arasında isə ermənilər donuz saxlayıblar.  Bütün bunları görməzdən gələn həmin Avropa parlamentariləri, nədənsə xiristianlığı ifadə edən abidələrə xüsusilə diqqət çəkirlər. Əlbəttə, bu da birmənalıdır ki, erməni işğalı, vandallığı nəticəsində baş verən hər bir dağıntı və cinayətlərdə məsuliyyəti birbaşa Ermənistan daşıyır. Bu gün həmin beynəlxlq qurumlar Azərbaycanda sanki ermənilərin timsalında xristian irsinin müdafiəçiləri kimi çıxış etməklə ermənilərə şərik olurlar.

Bu gün Azərbaycan dünyaya tərəqqipərvər Amerikaya, özünü dünyanın demokratiya beşiyi adlandıran Avropa ölkələrinə tolerantlıq dərsi keçir.  Azərbaycanda insanların, dininə, irqinə, dilinə olan hörmət heç bir ölkədə yoxdur. Avropa siyasətçilərinin necə belə ədalətsiz yanaşma ortaya qoya bilməsini anlamaqda çox çətinlik çəkirəm. Ona görə də onların bu hərəkətləri onu deməyə əas verir ki, bunlar xiristian təəssübkeşliyi siyasəti aparırlar.  Bu isə müasir dünyada qəbul edilməzdir. Avropada bir çox dövlətlər Ermənistana həm də bir xiristian ölkəsi kimi qahmar çıxırlar.   Onlar müsəlman dininin abidələrini inkar edirlər. Bu bütün müsəlman dünyasını narahat etməlidir və mən düşünürəm ki, edir. Eyni zamanda Avropanın bu ədalətsiz, ikili yanaşmaları Azərbaycan cəmiyyəti tərəfindən də çox pis qarşılanır. Hesab edirəm ki, Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası”ndan gen-bol faydalanan Avropa Parlamentinin Azərbaycana “öyüd-nəsihət” verməyə mənəvi haqqı yoxdur. Müasir səlibçilərə çevrilən Avropa Parlamentinin bir sıra irqçi, islamafob, Azərbaycanofob, türkofob mövqeləri və ikili standartları ilə tanınan deputatları susdurulmalıdır. XXİ əsrdə Avropanın mərkəzində deputatların Ermənistan-Azərbaycan münasibətlərinə sırf xristian həmrəyliyi prizmasından baxması onların orta əsr səlib yürüşləri dövrünün təfəkkürünə qayıtdıqlarını sübut edir.

 

- İdiki Ermənistan ərazisində yaşayan təxminən 300 mindən artıq azərbaycanlı öz yurdlarından zorla qovulduqdan sonra oradakı Azərbaycan, habelə müsəlman irsi tamamilə məhv edilib. Niyə beynəlxalq təşkilatlar bu faktları araşdırmaq üçün əraziyə gəlmir, səbəb nədir?

 

- Görünən odur ki, Avropa Parlamentinin yanaşmasında ərazi bütövlüyü anlayışı ancaq Ermənistan kontekstində keçərlidir. Azərbaycana gəldikdə isə ərazi bütövlüyü yada düşmür. O cümlədən, indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar da öz torpaqlarından zorla, deportasiya, soyqırımlara məruz qoyularaq qovulub. Onların sayı 250-mindən 350 minə qədər dəyişir. Yəqin ki, Ermənistan ərazisndə tarixi torpaqlarımızdan qovulan azərbaycanlıların sayı Qərbi Azərbaycan icması tərəfindən daha dəqiq müəyyənləşdiriləcək.

Faktlar, canlı şahidlər sübut edir ki, o torpaqlarda bizim tarixi, dini abidələrimiz, evlərimiz qalıb, dağıdılıb. Ermənistan ərazisində bizim məscidlərimiz, dini abidələrimiz olub. Çünki o torpaqlar Azərbaycan xalqınındır. İrəvan Azərbaycanın qədim tarixi şəhəridir. Bu gün də Azərbaycan şəhərinin qalıqlarını orada ağır texnikalarla məhv edirlər. 

O yerlər heç vaxt Ermənistan ərazisi olmayıb, orada ermənilər yaşamayıb. Bütün tarixi Azərbaycan adlarının hamısı saxtalaşdırılıb, erməniləşdirilib. Bütün bu faktlar SSRİ-nin rarix kitablarında da var. Ermənilər hələ bu gün də Qərbi Azərbayacan ərazilərində olan Azərbaycan adlarını, toponimlərini dəyişirlər. Azərbaycanın irsini mədəniyyətini həmin ərazilərdən silib atırlar. Amma beynəlxalq təşkilatlar buna susqun qalıb, etirazlarını bildirmirlər. Araşdırılması üçün bir müşahidə missiyası göndərmirlər. Elə hey tutuquşu kimi “xiristian abidələri” deyib, özlərinin xristian təəssübkeşliyi nümayiş etdirirlər. Bunları gizlətmək olmaz. Bunu necə görməmək olar, necə qəbul etməmək olar? Bu qəbuledilməzidr və bu cür yanaşmalarını pisləyirik.

 

- Ermənistan nadir monoetnik ölkələrdən biridir. Avropa Parlamenti isə bu irqçı, faşist ideyalarını dövlət səviyyəsində təşviq edən ölkəni müdafiə edir. Avropa Parlamenti Ermənistanın maraqlarını qorumaq xatirinə qəbul etdiyi sənədlərlə gələcək perspektivdə nəyə nail olmağa çalışır?

 

- Bu gün Ermənistanda başqa xalqların yaşamasına şərait yaradılmayıb. Öz mədəniyyətini saxlamaq istəyən xalqlar oradan qovulub. Ermənistanın monoetnik ölkə olması, Azərbaycana nümunə ola bilməz. Əksinə, bu gün də Azərbaycanda ermənilər yaşayır. Əgər biz Qarabağda və Azərbaycanın digər rayonlarında yaşayan erməniləri müdafiə ediriksə, deməli biz dəyərlərimizə, mədəniyyətimizə hörmət edirik və biz tolerant bir ölkəyik.  Ermənilər “ermənistanda ancaq ermənilər yaşaya bilər” təfəkkürü ilə yaşayırlar. Onlar bunu monoetnik qurluş yaratmaqla sübut ediblər. Azərbaycan isə tam fərqli şəkildə, burada ermənilərin də hüquqlarını qoruyan, başqa xalqlarla birlikdə Azərbaycan konstitusiyasını bölüşən təhlükəsiz yaşamalarını təmin edib onların reinteqrasiyasını sürətləndirən  sənədlər qəbul etməklə özünün dəyərlərini qorumuş olur. Azərbaycan öz qanunlarına hörmət qoyur, digər xalqlara hörmətini ishar edir. Avropa Parlamenti isə bu məqamları gözardına alıb bu cür ədalətsiz qərarlarla özünə qarşı etimadsızlıq, güvənsizlik hissi doğurur.

Ermənistanda antisemitizm ən təhlükəli həddə çatıb. Avropa Parlamenti məsələnin mahiyyətini araşdırmadan, reallıqdan uzaq, Ermənistanın maraqlarını qorumaq xatirinə qəbul etdiyi sənədlərlə özünü nufuzdan salıb, qeyri-ciddi rol oynayır. Avropa Parlamenti belə qızışdırıcı siyasəti ilə lüzumsuz yerə regionumuzu geosiyasi rəqabət məkanına çevirməyə çalışır.

Avropa Parlamentində ənənəvi Qərb dəyərləri, habelə plüralizm, ifadə azadlığı kimi fundamental məsələlər Avropadakı erməni icmasının radikal fəaliyyəti nəticəsində məhv olmaq təhlükəsi ilə üzləşib. Hazırda Avropa Parlamenti erməni icmasının təsiri altında olan və Azərbaycana qarşı radikal mövqe tutan bir sıra deputatların öz şəxsi ambisiyalarının həyata keçirildiyi məkana çevrilib.

 

- Ermənistanı açıq şəkildə dəstəkləyən və regionda rəsmi Yerevanın xeyrinə güc balansını dəyişməyə çalışan Avropa Parlamenti məlum qətnamə layihəsində Türkiyəni də regionda stabilliyi pozmaqda ittiham edir, rəsmi Ankaranı Azərbaycanı dəstəkləməyə son qoymağa çağırır. Türkiyə və Azərbaycan bu təzyiqlərə qarşı hansı əks təsir gücünə sahibdir və nə etməlidir?

 

-Avropa Parlamenti hər zaman Türkiyəyə qarşı qərəzli mövqe sərgiləyib. Hər kəs yaxşı bilir ki, Türkiyə 44 günlük müharibə dövründə Azərbaycanı haqlı olduğuna görə müdafiə etdi. Bu gün də Azərbaycanı ona görə müdafiə edir ki, Azərbaycan haqlı tərəfdir.  Azərbaycan işğala məruz qalıb, Azərbaycan başqa ölkənin torpaqlarına göz tikməyib, dağılan, böyük zərərlə üzləşən Azərbaycan əraziləridir. Separatizmə bu gün Ermənistanın müdafiə edən Avropa Birliyi məruz qalmayıb. Ermənistan təcavüzkardır. Avropa Parlamenti Azərbaycana qarşı haqsızdır. Ona görə də onların qəbul edəcəyi qətnamələrin zərrə qədər də həqiqət payı, ədalət hissi yoxur. Sadəcə onlar güclü Türkiyəni görmək istəmrlər, güclü müsəlman ölkəsi görmək istəmir.

 

- Avropa İttifaqı missiyasını öz ərazisinə buraxmaq üçün Azərbaycana çağırış edən Avropa Parlamenti hansı strateji xətti yürüdür?

 

- Çox təəssüf edirəm ki, Avropa Parlamenti öz missiyasının Azərbaycan ərazisinə buraxılmasını təkid edir. Biz qətiyyətlə rədd edirik və bu, Azərbaycana qarşı  təhqir olar. Azərbaycan Avropa missiyasını nəyə görə öz ərazisinə buraxmalıdır? Hansı haqla bu tələbi irəli sürürlər? Azərbaycan suveren, müstəqil dövlətdir və başqa ölkələrin missiyasının Azərbaycanda nə işi var. Biz sərhədlərinizi qoruya bilirik. Azərbaycanda yaşayan  xalqların müqaddəratını, haqlarını qoruya bilirik. Başqa  ölkələrin bu sahədə verə biləcəyi məsləhətinə, nə də köməyinə ehtiyacımız yoxdur. Ona görə də onların bu tələbini rədd edirik. 

 

- Azərbaycanı işğalçı, təcavüzkar, cinayətkar dövlət qarşısında məğlub duruma salmağa çalışan Avropa Parlamentinə qarşı hansı qərarımız olmalıdır?

 

- Cinayətləri məhkəmə istintaqı ilə sübut olunmuş Azərbaycanda saxlanılan ermənilərin məsələsini hər fürsətdə qabardan Avropa Parlamenti bu vaxta kimi bir dəfə də olsun 4000-ə yaxın itkin düşmüş azərbaycanlının sonrakı taleyinə dair Ermənistanı sorğulamayıb. Avropa Parlamentinin Azərbaycana münasibəti Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində nümayiş etdirdiyi səylərə bütövlükdə ziddir və normallaşma prosesinə ziddir. Regionda Ermənistan tərəfindən yenidən genişmiqyaslı təxribatlar törədiləcəyi təqdirdə, bunun əsas günahkarlarından biri də məhz Ermənistanda revanşist qüvvələri təşviq edən Avropa Parlamenti olacaq.

Bir sözlə, biz sadəcə Avropa Parlamentinin qəbul etdiyi ədalətsiz sənədləri kağız parçası hesab edərək, bir kənara atacağıq.  Qoy Avropa Parlamenti bilsin ki, onların qəbul etdiyi qətnamələr bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Bu gün Azvropanın keçmişinə baxsaq görərik ki, onlar o qədər qaniçən hərəkətlərə  yol veriblər ki, bu gün insanlıq bunlardan utanır. Qoy onlar  törətdikləri pisliklərə görə, müstəmləkəçiliyə görə Afrika ölkələrindən, kaloniya etdikləri xalqardan, korsikalılardan üzr istəsinlər.

Bu gün Azərbaycana ağıl öyrətməyə çalışırlar. İndi siz bu gün hansı ağılla, hansı haqla Azərbaycana məsləhətlər verib, tələblər irəli sürürsüz?!. Ona görə də bu gün Azərbaycan Avropa Parlamentinin haqsız, ədalətsiz yanaşmalarına qarşı, onların smürgəçi, imperialist məfkurələrini, davranışlarını xatırlatnaqla cavab verə bilər. /“Həftə İçi”/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanı yenidən Rusiyaya bağlamaq HƏDƏ-QORXUSU

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT

Bakıdan azad edilmiş ərazilərə yeni marşrut xətti AÇILACAQ

Cəbrayıl məktəbində çalışan müəllimlərin hamısı cəbrayıllıdır

"ƏDV geri al"la bağlı İDDİA

Peşə təhsili üzrə ixtisasların təsnifatında DƏYİŞİKLİK

"Qaçqınkom"da tələbələrlə görüş keçirilib

Füzulinin 530 illiyinə töhfə

Üç xanım direktor vəzifəsindən azad edildi

Əsrin SİRRİ

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

"Azərbaycana təzyiq göstərmək cəhdləri faydasızdır"

Türkiyədən tarixi QƏRAR

Laçın və Şuşada ƏMƏK YARMARKALARI

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə QOŞULUB