"Söz və fikir azadlığından xalqı təhqir etmək üçün istifadə edirlər"

14:21 05-02-2019 | icon 518 | Siyasət
"Söz və fikir azadlığından xalqı təhqir etmək üçün istifadə edirlər"

 

"Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr var. Onlar bundan qıcıqlanır, bizim inkişafımızdan məyus olurlar. İnkişafın qarşısını almaq üçün müxtəlif formada tədbirlər görməyə çalışırlar".

 

Versus.Az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi - sədr müavini Əli Əhmədov YAP-da gənclərlə keçirilən görüşdə deyib:

 

"Bəlkə də bunu normal qəbul etmək olar. Çünki inkişaf edən dövlətə ayrı-ayrı dövlətlərin və yaxud ayrı-ayrı beynəlxalq təşkilatların qıcıqlanması bir qədər başa düşüləndir. Başa düşülməyən isə odur ki, ölkəmizin daxilində olan və müxalifət adı altında Azərbaycana böhtan atan, reallıqları təhrif edərək vətəndaşları çaşdırmağa çalışanlar var. Mən cəmiyyətin çox cüzi hissəsini təşkil edən radikal müxalifətə demək istəyirəm ki, Azərbaycanda söz azadlığı təmin edilir. Ancaq bundan sui-istifadə edərək Azərbaycanda qarşıdurma yaratmağa çalışan, ölkədəki sabitliyi pozmaq niyyətinə düşən qüvvələr də var”.

 

Ə.Əhmədov qeyd edib ki, müxalifətin bir hissəsi olan radikal müxalifət mitinqdən qarşıdurma yaratmaq üçün istifadə edir:

“Onlar söz və fikir azadlığından Azərbaycan xalqını təhqir etmək üçün istifadə edirlər və öz siyasi fəaliyyətlərində Azərbaycan üçün mümkün ola biləcək ən pis ssenariləri əsas götürürlər. Azərbaycana düşmən mövqedə duran istənilən xarici qüvvələrlə sinxron fəaliyyət göstərirlər. Bəzi hallarda bir yerdə də fəaliyyyət göstərirlər və onların tapşırıqlarını yerinə yetirirlər. Bu mənada Yeni Azərbaycan Partiyasının sıralarında olan gənclər bu həqiqətləri öz həmyaşıdlarına, dostlarına izah etməyə borcludurlar. Bu, partiya üzvü olaraq onların daşıdığı vəzifədir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı