37 dərəcə qızdırmanı heçə sayanların diqqətinə

09:30 27-03-2023 | icon 348 | Sağlamlıq
37 dərəcə qızdırmanı heçə sayanların diqqətinə

Xəstəlik zamanı bədənin hərarətinin bir dərəcə artması çox vaxt qızdırmadan daha pis keçir. Çünki insan eyni ritmdə yaşamağa davam etməyə çalışır, bununla da simptomları ağırlaşdırır.

 

Bu barədə rusiyalı tibb elmləri namizədi, allerqoloq-immunoloqu Darya Jukova məlumat verib.

 

Mütəxəssisin sözlərinə görə, bədən istiliyinin artması ilə infeksiyaya qarşı immunitetin işi aktivləşir, həm də patogenlər özləri zəifləyərək ölürlər.

 

İmmunoloq bildirib ki, titrəmə, tərləmə, əzələ və oynaq ağrıları, ümumi zəiflik, yorğunluq, baş ağrısı kimi ümumi simptomlar bakterial və virus toksinlərin təsirinin nəticəsidir.

 

“Görünən simptomlar nadir hallarda hərarətlə bağlı olur”, - deyə o bildirib.

 

Həkim onu da qeyd edib ki, insanların 37-37,5 temperaturun yüksək hərarətdən daha pis olduğunu düşünməsinin səbəbi sırf psixolojidir.

 

“Aşağı temperaturda insanın işləməyə, oxumağa, aktiv vaxt keçirmək üçün iradəsi var, beləliklə xəstələr eyni ritmdə yaşamağa davam etməyə çalışırlar. Ancaq bu, xəstəliyin əlamətlərini artırır, hətta adi tapşırıqları yerinə yetirmək çətinləşir”, - deyə Jukova bildirib.

 

Həkim əlavə edib ki, buna görə də ayaqüstü yüngül hərarət yataqda keçirilən yüksək temperaturdan daha pis təsir edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI