“Faktlar sülhməramlıların sülhə xidmət etmək üçün gəlmədiyini göstərir”

20:39 27-03-2023 | icon 442 | Geopolitika
“Faktlar sülhməramlıların sülhə xidmət etmək üçün gəlmədiyini göstərir”

Çingiz Qənizadə: “Rus hərbçiləri separatçıları dəstəkləmək üçün ordadılar”

 

“Görünən budur ki, Ermənistan sülhə gəlmək istəmir, sülh müqaviləsinin bağlanmasında maraqlı deyil”.

 

Versus.Az xəbər verir ki, bunu hüquq müdafiəçisi Çingiz Qənizadə Ermənistanın havadarları ilə birlikdə Azərbaycana qarşı azğınlaşan siyasəti və erməni hərbi təxribatı nəticəsində Qarabağda, Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması ilə bağlı açıqlamasında bildirib.

 

Ç.Qənizadə qeyd edib ki, Ermənistanın siyasi hakimiyyəti son vaxtlar hərbi ritorikanı, revanşist fikirlərini daha da sərtləşdirib və hətta çəkinmədən təhqiramiz ifadələrdən də istifadə edir:

 

“Biz bu cür davranışları Ermənistanın xarici işlər nazirinin Moskva görüşü, digər ölkələrə səfəri zamanı verdiyi açıqlamalarda, eləcə də Paşinyan hökumətinin kabinetində və başqa dövlət rəsmiləri ilə telefon əlaqələri zamanı Azərbaycana qarşı dediyi yalan, böhtan, heç bir həqiqətə uyğun olmayan ifadələrində gördük.  Paşinyan bir gün müharibə ritorikası ilə danışır, növbəti gün isə deyir ki, sülhə yaxınıq, sülh sazişi imzalanacaq. Paşinyan stabil siyasət yürüdən siyasətçi olmadığına görə Ermənistan siyasi hakimiyyətinin nə istədiyini heç Ermənistanın politoloqları da təhlil edib bir nəticə çıxara builmirlər”.

 

Hüquq müdafiəçisi Ermənistanın bu cür aqresiv davranışlarının arxasında revanşizmi dəstəkləyən qüvvələrin dayanmasını inkar etməyib. Onun fikrincə, Ermənistan Avropa İttifaqından  gələn missiyaların sərhəddə olmasından və Avropada olan himayədarlarının dəstəyinin getdikcə ciddiləşdiyini və daha da gücləndiyini gördükcə həyasızlaşır:

 

“Ermənistan hərbi təxribatlara əl atmaqla Azərbaycan tərəfinin iki şəhid verməsinə səbəb olub. Eyni zamanda martın 20 -də Zəngilan ərazisinə Azərbaycan hərbçisinin yaralanması və Qarabağda qalan qeyri-qanuni erməni birləşmələri üçün alternativ yollardan istifadə edərək hərbi yüklərin daşınması faktları deyilənlərə əyani sübutdur”.

 

Ç.Qənizadə təəssüflə bildirib ki, Rusiya sülhməramlıları bölgədə nəinki bu prosesin qarşısını alır, hətta BTR-lə bu cür qanunsüz yüklərin qarşısında gedərək onlara şərait  yaradırlar. Onun sözlərinə görə, bütün bu faktlar göstərir ki, Rusiya sülhməramlıları da Qarabağa, bölgəyə sülhə xidmət etmək üçün gəlməyiblər. Rus hərbçiləri separatçıları dəstəkləmək üçün ordadırlar:

 

“Azərbaycan tərəfinin ardıcıl və davamlı xəbərdarlıqlarından sonra, ordumuz alternativ deyilən o iki yolda yükdaşımaların qarşısını almaq üçün müəyyən yüksəklikləri ələ keçiriblər. Hesab edirəm ki, əgər qeyri-qanuni yüklərin daşınması yenə müşahidə olunacaqsa, Azərbaycan tərəfi hərbi yüklərlə hərəkət edən texnikaları məhv etmək hüququnu özündə saxlayır. Əgər separatçılar alternativ yolu çəkməklə nəyəsə nail olmaq istəyirlərsə, bu onların xülyalarıdır və təbii ki, bu reallaşa bilməz.  Qarabağ Azərbaycan torpağıdır və bu torpaqda terrorçuların  olması Azərbaycan qanunlarına ziddir. Azərbaycan sərhəd keçid məntəqələrini qurmaqla və digər dövlət maraqlı addımları atmaqla öz ərazilərində sabitliyi, qanunlarını bərpa edəcək. Artıq məlumatlara görə, məhz ordumuzun məlum yüksəklikləri ələ keçirməsindən sonra artıq erməni separatçılarına hərbi yüklərin daşınmasının qarşısı alıbıb. Bütün hallarda Qarabağda separatizmin kökü kəsilməlidir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin