"May ayının 15-ə qədər ciddi təlatümlər yaşaya bilərik"


Zəlimxan Məmmədli: "Laçın dəhlizi üzərində nəzarət paketi Azərbaycanın əlinə keçməlidir"
“Bu gün Rusiyanın regional təsir imkanları azalmaqdadır. Rusiyanın Qafqaza təsir imkanının əsas istinad nöqtəsi gizli formada İran, açıq formada Ermənistandır. Bu gün Türkiyə də hədəfdir”.
Versus.az xəbər verir ki, bunu siyasi şərhçi Zəlimxan Məmmədli regionda cərəyan edən proseslərdə erməni təxribatlarının arxa fonuna diqqət çəkərkən bildirib.
Z.Məmmədli bildirib ki, Ermənistanla İranın Rusiya ilə bağlılığı Azərbaycanın dinc, demokratik qaydada inkişafı, o cümlədən Türkiyə ilə əlaqələrinin dərinləşməsi əndişəsi ilə bağlıdır. Onun sözlərinə görə, bu gün məhz Zəngəzur dəhlizi ətrafında məsələ, Laçın karidoru ətrafında problemlərin qabardılması müxtəlif ritorikalarla şişirdilməsnin hədəfi budur. Z.Məmmədli hesab edir ki, son vaxtar Ermənistan aqressiyasının səbəbi ABŞ, Aİ, Azərbacanın ərazi bütövlüyü və sülh sazişinin ən qısa zamanda bağlanması tövsiyələri, o cümlıdən Azərbaycanın təhlükəszilik məsələləri ilə bağlı müəyyən mövqelər ifadə eləməsi, Rusiyanın bölgədən sıxışdırılması anlamına gəlir. Rusiya Ukraynada itirdiklərinin əvəzini Qafqazda çıxmaq istəyir. Burda da erməni kimi separatçı forpost olan dövlətdən sonuncu şansolaraq istifadə etməyi planlayıb. Onun fikrincə, ermənilərdə ajotaj, ritorikalarının kəskinləşməsi həm də bununla bağlıdır:
“Bütün “paçtların” Moskvadan və Tehrandan gəlməsinin fərqində olmalıyıq. Azərbaycan üçün orta aralıq dönəmində təhlükəli bir vəziyət yaranıb. Unutmayaq ki, Azərbaycanın müttəfiqi olan Türkiyədə seçkilərdir. Dünyanın bəli dövlətləri Ərdoğan hökumətinin davam etməsində maraqlı deyillər. Həmin qüvvələr hakimiyyət dəyişikliyi özünə yer eliyənə qədər müəyyən basqılar əldə eləməlidirlər və beləliklər Azərbaycan bu bölgədə təklənməlidir. Buna yol vermək olmaz. Bunu Türkiyə Azərbaycan insanı dərk etməlidir ki, burda strateji olaraq Türk dünyasının maraqlarından, başlanmışciddi layihılərin dayanıqlığından söhbət gedir. Orta Asiya dövlətlərinin Çinin, Rusiyanın təsirindən çıxmasında Türkiyənin patronajlığı çox önəmlidir və bunu Rusiya çox gözəl anlayır. Başa düşür ki, Türkiyə zəiflədiyi təqdirdə Orta Asiyaya giriş üçün Çinlə uzlaşmalar ola bilər və Orta Asiyanın Azərbaycan -Türkiyə-Orta Asiya ilə münasibətlri dalana dirənə bilər.
Ermənistan belə bir şəraitdə alternativ yollar aramaqla ajotaj yaradıb “blokada” hay -küyü yaradır. Ona görə də bizim diplomatiya çox güclü işləmlidir. Bizim Avropaya, dünyaya səpələnmş soydaşlarımızın resurslarından daha güclü istifadə eləmək lazımdır. O cümlədən Laçın dəhlizi üzərində nəzarət paketi Azərbaycanın əlinə keçməlidir. Ona görə ki, üçtərəfli bəyanat hər hansı bir formada Azərbaycan knstitusiyasından üstün ola bilmz və Azərbaycanın suveren hüquqlarnı məhdudlaşdıra bilməz. Azərbaycan bu istiqamətdə doğru olaraq addılar atır və biz may ayının 15-ə və inaqurasiyaya qədər ciddi təlatümlər yaşaya bilərik. Bu seçki Türkiyənin, Azərbacanın gələcəyi üçün tarixi bir seçkidir. Dünya çapanda türk faktorunun aparıcı olması yeni düzəndə pay sahibi olması bu seçkilərdən asılıdır”.
T.Qafarlı
Xəbər lenti

“Real Madrid”in ən uğursuz transferləri
O, bu yay azad agent kimi komandadan ayrılacaq