Ermənistan bölgəni müahribəyə sürükləyir

16:11 30-03-2023 | icon 273 | Siyasət
Ermənistan bölgəni müahribəyə sürükləyir

Aydın Quliyev: “Müharibə riski bölgədə sülhməramlıların fəal dəstəyi ilə yaranır”

 

 “Ermənistan rəhbərliyi Azərbaycanla sülh sazişinin imzalanması imkanları yaxşılaşdıqca daha pozucu və təxribatçı mövqe tutur. Ermənistan regionda açılmış sülh sazişi şanslarını mümükün qədər qapatmağa və prosesi gecikdirməyə çalışır.  Bir daha sübut olunur ki, Ermənistan sülh sazişinin imzalanmasında maraqlı deyil və 10 noyabr sazişindən ötən iki ildən artıq müddətdə sülh sazişinin imzalanmamasının məsuliyyəti məhz Ermənistanın üzərindədir”.

 

Versus.az xəbər verir ki, bunu siyasi şərhçi Aydın Quliyev  Ermənistanın Azərbaycana qarşı təxribatçı əməllərini şərh edərkən bildirib.

 

A.Quliyev qeyd edib ki, son həftə ərzində Amerikanın dövlət katibi Blinkenin, iki ölkə arasında sülh sazişinin imzalanmasının xeyli dərəcədə yaxında olması və bu şansın böyük olması ilə bağlı verdiyi bəyanatı Ermənistan rəhbərliyini yeni pozucu addımlara sövq eliyib. Onun sözlərinə görə, Ermənistan həqiqətən də sülhsevər ölkə olsaydı yaranmış sülh imkanlarını genişləndirməyə çalışardı:

 

“Ermənistan isə ən müxtəlif formalarda pozuculuğa əl atır, Xankəndi ermənilərinə vəziyyətin hərbi cəhətdən eskolasiyasına imkan verən  qanunsuz yüklərin daşınması üçün yeni imkanlar və yollar axtarılır. Laçın yoluna alternativ olan torpaq yollardan istifadə edilir, Azərbaycan tərəfinin torpaq yollarını nəzarətə götürməsi qarşısında Ermənistan rəhbərliyi yeni alternativ torpaq yollar axtarır. Ona görə də son günlər Xankəndi, Xəlfəli, Turşsu yoluna alternativ başqa bir yol da çəkiblər. Bu yoldan istifadə edərək Xankəndinə əlaqə yüklər daşınır. Eləcə də qanunsuz silahlı birləşmələrin Xankəndidə şəxsi rotasiyası həyata keçirilib. Son həftələrdə, martın 5-dən başlayaraq həm Zəngilan rayonu ərazisində, həm də istifadə olunan alternativ torpaq yollarda toqquşmalara səbəb olublar. Bu toqquşmalarda Azərbaycan hərbçiləri zərər görüblər”.

 

Ekspert bəyan edib ki, Ermənistanın hərbi ritorikanı artırması onun sülh sazişinin bağlanmasında maraqlı olmadığını göstərən faktlardan biridir. O, bildirib ki, istər hərbi riitorikanın artırılması, istər Xankəndinə qanunsuz və hərb gərginliyi artıran silah sursatın daşınması, istər Xankəndidə qannunsuz silahlı birləşmələrin şəxsi rotasiyasının gizli yolla həyata keçirilməsi, istərsə də Ermənistanın bu qanunsuz əməllərinə Rusiya sülhməramlıları tərəfindən sükutla dəstək verilməsi, bəzi hallarda Ermənisatanın qanunsuz silah daşımalarının sülhməramlılar tərəfindən himayə edilməsi həqiqətən  bölgədə müharibə riskinin artmasından xəbər verir:

 

“Təəssüflər olsun ki, müharibə riski bölgədə sülhməramlıların fəal dəstəyi ilə yaranır. Ona görə də Azərbaycanın indiki şəraitdə atdığı addımlar şəraitə və məntiqə uyğundur. Azərbaycan sülh sazişinin imzalanması prosesinə sadiq olduğunu nümayiş elətdirir. Azərbaycan istər sülhməramlıların rəhbərliyinə, istər Ermənistanda artan hərbi eskolasiya ilə bağlı xəbərdarlıq edib. Eyni zamanda Rusiya sülhməramlıları və Ermənistan rəhbərliyinə  Xankəndinə hərbi gərginliyi artıran silah -sursatın daşınması ilə bağlı müraciətlər edib.  Ermənistan və Rusiya sülhməramlıları bu müraciətlərə məhl qoymadıqlarına görə  Azərrbaycan öz imkanları və gücü ilə  Xankəndinə qanunsuz silah daşınmasını nəzarətə götürməyə imkan verən tədbirlər görüb. Azərbaycan rəhbərliyi əslində Vətən Müharibəsindən sonra növbəti dəfə şəraitə təkbaşına nəzarət etmək gücündə və qabiliyyətində olduğunu nümayiş elətdirib. Müharibədən əvvəl də Azərbaycan rəhbərliyi dünyanı erməni təcavüzünü cilovlamağa çağırsa da  bu istiqamətdə Ermənistana heç bir təsir olmamışdı və Azərbaycan  təkbaşına öz ərazi bütövlüyünü bərpa etmişdi. Eynilə  bu gün də Azərbaycan Rusiya sülhmərmlılarından, Ermənistan rəhbərliyindən müraciətlərə adekvat cavab almadığına görə öz ərazilərində torpaq yollarda qanunsuz hərbi daşlmalara qarşı nəzarəti ələ alıb”.

 

A.Quliyev hesab edir ki, əslində buna görə dünya ictimaiyyəti Azərbaycaa “sağ ol” deməlidir. Onun sözlərinə görə, bölgədə sülhün yaranmasında maraqlı dövlətlər varsa, onlar Azərbaycana təşəkkür erməlidirlər ki, Azərbaycan məhz onların etməli olduğu işi öz gücü ilə həll edir:

 

“Azərbaycan ermənilərin qanunsuz səylərin arşısını almalıdır, alır. Azərbaycan dünya ictimaiyyətinə və vasitəçi dövlətlərə xatırlatmalıdırlar ki, Ermənistanı təhrikedici, qızışdırıcı addımlardan çəkindirsinlər. Azərbaycan dövləti, prezidenti Xankəndi ətrafında lazım olan addımları atır. Bu kursun belə davam etdirilməsi maksimum addımlardır. Yaranmış vəziyyər Azərbaycanı daha da sərt addımlar atmağa sövq edir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI