Zəlzələdən həyəcanlanan 1 nəfərin dili tutulub, 1 nəfərin beyninə qan sızıb

09:48 06-02-2019 | icon 448 | Gündəm
Zəlzələdən həyəcanlanan 1 nəfərin dili tutulub, 1 nəfərin beyninə qan sızıb

 

Şamaxı Mərkəzi Rayon Xəstəxanası zəlzələ ilə bağlı gücləndirilmiş rejimdə çalışıb.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə ilə əlaqədar 6 təcili tibbi yardım briqadası işləyib:

 

"Təcili yardıma 30 müraciət edilib, 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara travmatologiya şöbəsində lazımi yardım göstərilib".

 

Məlumatda qeyd edilir ki, digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub:

"Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib. Bir nəfər gəncin həyəcandan dili tutulub. O da yardım göstərildikdən sonra normallaşıb və evinə buraxılıb. Daha bir nəfərin isə həyəcandan beyninə qan sızıb. Həmin şəxsin 58 yaşı var, reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır qiymətləndirilir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin