Ekspertlər Qarabağdakı son durumu təhlil etdi

16:22 30-03-2023 | icon 296 | Siyasət
Ekspertlər Qarabağdakı son durumu təhlil etdi

“Ermənistan, separatçılar Azərbaycanın hərbi zərbəsinə də hazır olmalıdır”

 

Ermənistan və havadarları Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycan ərazilərinə iddia edir, məhz bu kontekstdə gərginlik yaratmaqla öz revanşist, müstəmləkə, işğal siyasətini gerçəkləşdirmək iddiası ilə çırpınırlar. Tarixin müxtəlif dönəmlərində imperialist qüvvələrin təzyiq və təsiri ilə ərazilərinin bir hissəsini qopararaq bölgədə özlərinə qara yara dövləti - Ermənistan yaradan imperialistlər indi də yeni dünyanın reallıqlarına məhəl qoymadan həmin avantürist, parçalayıcı siyasətlərini davam edirlər. Bu gün də Azərbaycan ərazilərində qalan erməni terrorçu dəstələri məhz Rusiya, Avropa İttifaqının gözü, missiyası qarşısında silahlandırılır, torpaqlarımız minalanır, mülki əhali mina partlayışları nəticəsində qətlə yetirilir, öz torpaqlarını erməni terrorundan qoruyan hərbçilərimiz həlak olur, xəsarət alırlar. Azərbaycan xalqı mart ayında özünün milli bayramına hazırlaşdığı bir vaxtda, bayram günlərində erməni faşistləri separatçıları, məhz Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi, giya tərəflərin təhlükəsizliyini, sülhün bərqərar olunması üçün fəaliyyət göstərdiyi halda erməni separatçılarına gizli yolarla silah sursat daşıyır, revanşizmi, yeni müharibə alovunu qızışdırır.

 

Mart ayının 5-dən başlayaraq Qarabağda və Ermənistanla şərti sərhədlərdə baş verən erməni təxribatları və hərbi toqquşmaların Azərbaycanı hansı addımlar atmağa məcbur edir və baş verənlərin məsuliyyəti kimin üzərindədir?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə cərəyan edən prosesləri siyasi və hərbi ekspertlər şərh edib.

 

 

Hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, indiki son vəziyyət siyasi dialoqların dalana dirəndiyi və hərbi ritorikanın sahəyə yansıdığı bir mərhələdir. Onun sözlərinə görə, sülhə gəlməyən Ermənistan, erməni separatçıları Azərbaycana başqa bir seçim buraxmır:

 

“Azərbaycan “sülh sazişi”, “inteqrasiya” desə də, qarşı tərəf revanşist bəyanatlar və müharibə ritorikası ilə çıxış edir, Qarabağda qalan erməni separatçıları "biz axıra qədər bu bölgədə döyüşəcəyik" bəyanatları ilə təxribatlar törədir, Azərbaycan qanunlarını pozur, bölgədə terror təhlükəsini yaradırlar. Digər tərəfdən Ermənistan Azərbaycanı İranla, Avropa İttifaqı Fransanın öndərliyi ilə Rusiya ilə müharibəyə təhrik edir”.

 

Hərbi ekspert bildirib ki, Azərbaycan Qarabağdakı sonuncu əməliyyatları  əsgərləimizə, hərbçilrimizə xətər yetirmədən həyata keçirdi və biz mərhələli şəkildə gərginlik həlqəsini daraldaraq istəklərimizə nail olacağıq. 

 

Hərbi ekspert bəyan edib ki, antiterror əməliyyatlarının keçirilməsi legitim hüququmuzdur. Amma apardığımız əməliyyatların fonunda qarşı tərəfin sonrakı yanaşmasının nə olacağını da nəzardən qaçırmamalıyıq və ermənilər də bilməlidirlər ki, əgər antiterror əməliyyatlarının keçirilməsini istəmirlərsə, qeyri-qanuni birləşmələrini bölgədən çıxartmalı, sonrakı mərhələdə inteqrasiyaya başlamalıdırlar:

 

“Üçüncü variant prosesin antiterror əməliyyatının tətbiqi ilə həll edilməsidir. Bütün münaqişələr, müharibələr sonda bitməlidir və biz də Qarabağ ərazisində qeyri-qanuni birləşmələri yox etməliyik. Laçın yolunun Gorusla kəsişdiyi yerdə nəzarət buraxılış məntəqəmizin bərpası və inteqrasiyanın başlanması baş vermədiyi təqdirdə Ermənistan, Qarabağdakı separatçılar Azərbaycanın hərbi zərbəsinə də hazır olmalıdır”.

 

 

Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistan tərəfi müharibədən iki il keçməsinə baxmayaraq hələ də sülh müqaviləsi istiqamətində manipulyasiyalar edir, təxribatlara əl atır. O, burada Rusiya, Fransa, İranın rolunu danılmaz fakt kimi önə çəkib.

 

“Bu ölkələr regionda sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Rusiya geosyasi mövqeyinin zəifləməsindən, Fransa və İran Türkiyənin Cənubi Qafqazda geostrateji mövqeyinin möhkəmlənməsindən narahatdır. Ona görə də Ermənistana dəstək verirlər ki, sülh müqaviləsinə imza atmasınlar.  Ermənistanın təxribatlara getməsi, atəşkəsi mütəmadi pozması, Qarabağda separatçılara dəstək verməsi bundan irəli gəlir. Hesab edirəm ki, Azərbaycan tərəfi Laçın yolunda, Ermənistanla sərhəddə nəzarət buraxılış məntəqəsini təmin edəndən sonra sonra bu proseslər sona çata bilər. Bu zaman Rusiya ilə Ermənistanın əl qolu bağlanacaq”.

 

M.Əsədullazadə qeyd edib ki, proses çox mürəkkəb olsa da həll variantı var. Onun fikrincə, bu yol diplomatik danışıqlar yolu ilə deyil, yalnız Azərbaycanın güc tətbiq etməsilə reallaşa bilər:

 

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə gedən yol ortada olan problemləri aradan qaldırmaqdan keçir. Bu da Azərbaycanın hərbi və siyasi iradəsindən asılıdır. Hazırda siyasi iradə yerinə yetirilir”.

 

 

 

Hərbi ekspert Emin Həsənli bildirib ki, Ermənistan heç bir zaman götürdüyü öhtəlikləri yerinə yetirməyib və beynəlxalq birlik də onu buna məcbur etmir.

 

“2020-ci il Vətən Müharibəsndən sora bir çoxları gözləyirdi ki, ermənilər ağıllarını başlarına yığacaqlar və beynəlxalq birliyin dəstəyi ilə sülh sazişi imzalnacaq. Avropa Birliyi  Rusiyanın vasitəçiliyi ilə danışıqlar davam etdi. Daha sonra  ABŞ da vasitəçiliyə qoşuldu. Amma Türkiyə ilə sərhədlərin açılması, Azərbaycanla sülh sazişinin  imzalanması, Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir öhtəlik yerinə yetirimədi. 2020-ci lin 2 mühüm bəndi yerinə yetirilməyib, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmayıb. Əksinə, Ermənistan  Qarabağa tez-tez İrandan, Hindistandan aldığı silahları daşıyır. 2021-22-ci il istehsalı olan  minaları silahları bölgəyə gətirir. Azərbaycan ekoloqları Laçın ylunda haqlı olaraq aksiya keçirir. Humanitar yükləri buraxır. Ermənistan isə başqa bir gizli qanunsuz yolla silah sursat daşıyır. Rusya sülhməramlıları da buna  göz yumur”.

 

E.Həsənli məlum faktlara diqqət çəkməklə, qeyd edib ki, Azərbaycan BMT-nin 4 qətanməsini yerinə yetirib torpaqları işaldan azad etdiyi kimi  bu bəyanatın da şərtlərini öz ardusunun gücünə həyata keçirdəcək və onun növbəti illəri gözləmək fikri yoxdur. Onun sözlərinə görə, Rusiya sülhməramlıları, Ermənistan bir şeyi unutmamalıdır ki, indi 1980-ci illərin  sonu deyil. Onlar silahları Qarabada daşıyıb münaqişəni alovlandırıb torpaqları işğal edə bilməzlər. Azərbaycan buna imkan verməyəcək:

 

“Məsələ qısa zamanda öz həllini tapmalıdır. Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olaraq  Azərbaycan vətəndaşı kimi yaşamalıdır, Xankəndidə, Əsgərəndə, Ağdərədə Azərbaycan bayrağı dalğalanmalıdır, dövlət qurumları fəaliyyət göstərməlidir, məcburi köçkünllər öz yurdlarına qayıtmalıdır. Amma Rusiya sülhməramlıalrı Qarabağdan qaçıb gedən erməniləri bir ayın içərisində  yendən geri qatardı. Niyə 30 il öncə Xocalıda soyqırımına məruz qoyulan əhalini öz yurduna qaytarmadılar. Niyə Qarabağın sakinlərini, Ağdərənin, Xocavəndin əhalisini qaytarmadılar. Ermənilər atəşkəsi pozan zaman rus sülhəramkıları erməniləri cəzalandrsaydılar, indiki vəziyyət yaranmazdı. Onlar təxribatçı ermənilərə “sərxoş” deyib, Şuşada postumuza qumbara atan erməniyə “psixi xəstə” deyib  göz yummasaydı, Ağdərədə yükümüzü yoxlayan ermənilərin  qaşısını alsaydılar, bu proses olamzdı”.

 

Bütün bu faktlara istinad edərək, E.Həsənli bildirib ki, ən yaxın zamanda Azərbaycan dəmir yumruğunu təkrar Ermənistanın başına endirəcək:

 

“Bu dəfə cəza daha ağır olacaq. Gətirdikləri  yeni silahlar da Qənimətlər parkında nümayiş etdiriləcək”.

 

 

 

Siyasi şəhrçi Əhəd Məmmədli bildirib ki, son dönəmlər  ermənilərin diplomatik masalarda, ritorikalarında inamlı görünməsinin arxasında Fransa, Hindistan, ABŞ, İran, Rusiya dayanır.

 

“Bu dövlətlər Ermənistanı silahlandırır, ona siyasi dəstək verirlər. Prezidentin də ifadə etdiyi kimi Qarabağda 10 min erməni silahlısı qalıb. Bu bir terror təşkilatının tam kompleksləşmsi deməkdir.  Azərbaycan ordusunun yüksəklikləri azad etməsi düzgün addımdır və bu davam edilməlidir. Aqressor yerinə otuzdurulmalı, Azərbaycan ərazi bütövlüyünə müvəffəq olmalıdır. Sonra gec ola bilər”.

 

 

 

Politoloq Asif Əsgərli bildirib ki, mart ayında Ermənistanın Qarabağda törətdiyi ardıcıl təxribatlar, separatçıları silahlandırmaq üçün bölgədə alternativ torpaq yolundan istifadə edilməsi, qeyri-qanuni yüklərin daşınması, Rusiya sülhməramlılalrının buna göz yumub onlara dəsək verməsi Azərbaycan tərəfini digər vasitələrə əl atmağa məcbur edib.

 

Onun sözlərinə görə, bu faktorlar həmin ərazilərin  nəzarətə götürülməsini, yolların bağlanması zərurətini yaradır:

 

“Azərbaycan prezidenti də qeyd elədi ki, Azərbaycan ərazisində 10 min qeyri qanuni erməni silahlı qüvvəsi var. Bu böyük təhddir. Azərbaycan paralel olaraq sülh danışıqları aparır, bölgədəki erməni icmasını danışıqlara dəvət edir. Əgər Rusiya sülhməramlıları buna göz yumacaqsa, nəzarət buraxılış məntəqəsinin yaranmasına şərait yaratmayacaqsa, yenə güç öz üzərimizdə qalır. Beynəlxalq təşkilatlar Laçın yolunun bağlanması, blokada iddiası ilə üzərimizə gələyə cəhdlər edirlər. Amma bunun faydası yoxdur. Azərbaycan mövqeyini bildirib. Azərbaycan ərazlərində Azərbaycan qanunları bərpa olunmalı, nəzarət buraxılış məntəqələri qoyulmalıdır. Laçın dəhlizində Azərbaycanın nəzarət buraxılış məntəqələri yaradılmalı, ərazi tam silahsızlaşdırılmalıdır. Bz konkret addımların atılmasını və nəticələrini görəcəyik”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol