"Məsuliyyəti birinci növbədə Ermənistan və Rusiya daşıyır”

 

16:27 30-03-2023 | icon 287 | Qarabağ
"Məsuliyyəti birinci növbədə Ermənistan və Rusiya daşıyır”
 

 

“Məqamı çatanda Azərbaycan dövləti 100 ölçüb bir biçərək, regionda öz maraqlarını təmin edəcək. Bunun  üçün Azərbaycanın iradəsi, güclü ordusu, müdrik, qətiyyətli sərkərdəsi var”.

 

Versus.az xəbər verir ki, bunu  hərbi ekspert Şair Ramaldanov son vaxtlar Ermənistanın, Qarabağdakı separatçıların törətdiyi təxribatların hansı nəticələr verə biləcəyi ilə bağlı şərhində bildirib.

 

Ş.Ramaldanov qeyd edib ki, Vətən Müharibəsindən sonra üçtərəfli bəyannamənin bəndlərinə əsasən münaqişənin tezliklə həll olunacağını düşünsək də, Ermənistan və havadarları götürdükləri öhtəlikləri yerinə yetirmir. O, xatırladıb ki, üçtərəfli atəşkəs sazişinə əsasən erməni silahlıları Qarabağdan çıxarılmalı, bölgədə sülhün təminatı üçün addımlar atılmalı idi.

 

“Üç dövlətin birinci şəxsi həmin sazişə qol çəkmişdi. Azərbaycanla Ermənistan arasında gedən 44 günlük döyüşlər Azərbaycanın qələbəsi ilə nəticələnəndən sonra Rusiya tərəfi bir vasitəçi kimi müəyyən öhtəlikləri üzərinə götürdü və atəşkəs rejimi ilə bağlı qərar qəbul olundu. Rusiya sülhməramlı kontingenti bölgəyə daxil olan kimi erməni silahlıları ərazidən çıxarılmalı, regionda sülh prosesi getdikcə inkişaf etməli idi. Azərbaycan tərəfi üçtərəfli bəyannamənin yerinə yetirilməsi ilə bağlı ciddi addınlar atsa da, Rusiyada, Avropada çoxsaylı danışıqlara getsə də, ermənilər və Rusiya əsas bəndlərin tələbləri yerinə yetirməyib. Bu gün ermənilər əlindən gələn hər şeyi edir ki, götürdüyü öhtəliklərdən uzaqlaşsın. Rusiya da öz funksiyasını, öz öhtəliklərini ya yerinə yetirmir, ya da bundan boyun qaçırır. Belə olduğu halda regionda yeni oyunçular peyda olur. Avropa Fransanın arxasında gizlənərək hədəflərinə nail olmağa çalışır. Rusiyaya qarşı olan qüvvələr onu bu bölgədən sıxışdırmaq istəyir. Qonşu İran Ermənistana öz dəstəyini göstərir. Bu prosesdə qardaş  Türkiyənin sülhməramlı missiyasının təsirini azaltmaq istyən qüvvələr aktiv hərəkətə keçiblər. Rusiya öz niyyətini Soçi görüşündə Paşinyanın -sülhməramlıların regionda qalmasının 5 ildən 20 ilə uzadılmasını təklifi-ilə önə çəkdi”.

 

Ekspert hesab edir ki, sadalanan amilləri nəzərə alsaq regionda vəziyyətin gərgin olduğu və bu prosesdə əsas gücün yenə də Azərbaycanın üzərinə düşdüyü açıq görünür və haqlı olaraq Azərbaycan öz haqqını bərpa etmək üçün lazımi addımları atır.

 

 Ş.Ramaldanov hesab edir ki, bu gün Türkiyədə baş verən zəlzələ və qarşıdan gələn seçkilərdən istifadə edən qüvvələr də aktivləşib. O, bildirib ki, məhz bunun nəticəsidir ki, atəşkəs pozulur, ermənilər Laçın yoluna  alternativ torpaq yollarını işlək vəziyyətə salaraq erməni separatçıların silah -sursat daşıyırlar.

 

“Əgər vasitəçilər Azərbaycanın haqq işinə biganə yanaşıb düşməni müharibəyə hazırlayırsa, Azərbaycanın antiterror əməliyyatı keçirməsinə zəmin yaradırlar. Buna görə də

məsuliyyəti həmin o dövlətlər, birinci növbədə Ermənistan və Rusiya daşıyır”.

 

Ş.Ramaldanov bildirib ki, bu gün Azərbaycan ekofəallarının elementar tələbləri yerinə yetirilmir, amma ermənilər silahlandırılır. O, belə bir şəraitdə atəşkəsin hər an pozulmasını, ermənilərin təxribatlara əl atmasını gözlənilən sayıb.

 

“Zəngilanda bir hərbi qulluqçumuzun yaralanması, şərti sərhəddə atəşkəsin pozulmasının artması, Azərbaycanın rus sülhməramlılarının yerləşdiyi ərazilərində- Şuşada, Xocavəddə, Ağdamlda atəşkəsin pozulması, ermənilərin alternativ yollardan istifadə cəhdləri, digər yolları işlək vəziyyətə gətirmək istəmələri gərginliyi əks etdirən faktorlardır. Digər tərəfdən cənab Prezident İlham Əliyevin Azərbaycan-Ermənistan sərhəddində nəzarət-buraxılış mexanizminin yaradılması ilə bağlı müravcəti hələ də yerinə yetirilməyib. Belə davam edəcəksə Azərbaycanı qətiyyətli addımlar atmağa məcbur edəcələr. Üçtərəfli bəyannamədə qeyd olunan bəndlərin yerinə yetirilməsi, silahlı qüvvələrin ərazilərdən çıxarılması, antitterror əməliyyatının aparmaqla təmin ediləcək. Azərbaycanı buna yönəldən qüvvələr var. Biz yaxın tarixdə Rusiyanın Gürcüstanda gərginlik yaradaraq orada qondarma referendum keçirib o əraziləri özəlləşdirmələrinin şahidiyik. Bu gün Azərbaycan respublikası tərəfindən siyasi arenada atılan addımlar məhz bu riskləri minimuma endirməyə hesablanıb. Ona görə də Azərbaycanın maraqlarına uyğun olaraq üçtərəfli bəyannamənin bəndləri sivil həyata keçirilməsə Azərbaycan digər addımları atacaq”.

 

Tahirə Qafarlı

 Versus.az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol