"Türk Dövlətləri Təşkilatı elə bir mərhələdədir ki...-açıqlama

17:46 16-03-2023 | icon 204 | Geopolitika
"Türk Dövlətləri Təşkilatı elə bir mərhələdədir ki...-açıqlama

 

 

 

“Ankarada düzənlənən Türk Dövlətləri Təşkilatının Zirvə görüşü fövqəladə bir toplantıdır və burada əsas mövzu Türkiyədə baş varən dəhşətli zəlzələdən sonra təşkilatın etdiyi və edəcəkləri önə gətiriləcək.   Türk Birliyinin daha da möhkəmlənməsi , onun üzvlərinin artırılması məsələsi də gündəmə alınacaq. Zirvədə müşahidəçi kimi burada iştirak edən Türkmənistanın, Macarıstan və Şimali Kipr Türk Respublikasının da üzvlük məsələsinə baxıla bilər”.

 

Versus.az xəbər verir ki, bunu Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi ekspert Qafar Çaxmaqlı Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən Zirvə görüşünün əhəmiyyəti və müzakirə səbəbləri ilə bağlı açıqlamasında bildirib. 

 

 

 

Q.Çaxmaqlı eyni zamanda qeyd edib ki, Türk Dövlətləri Təşkilatı heç bir beynəlxalq birliyə alternativ deyil. Onun fikrincə, bu birliyə daxil olan ölkələr istədikləri başqa bir birlikdə iştirak edə bilərlər.  Belə ki, birliyə daxil olmaq istəyən Macarıstan Avropa İttifaqının üzvüdür və bu, onun Türk Dövləti Təşkikatında fəaliyyətinə heç vaxt maneəçilik törətməyəcək.

 

Q.Çaxmaqlı hesab edir ki, dünayda gedən qlobal dəyişikliklər bu Birliyin daha mobil olmasını tələb edir.

 

“Ölkələrimiz arasında iqtisadi, siyasi və hətta hərbi birliyin qaçınılmaz olduğu ortadadır. Türk Dövlətləri Təşkilatının qarşısında duran bir çox problemlərin həlli istiqamətində də addımların atılması gözləniləndir. Türkiyə- Azərbaycan və Orta Asiya xəttindəki ölkələri birləşdirmək üçün komunikasiya xəttinin davamlı və təhlükəsiz olması və bu yolun dünyanını Asiya hissəsini Avropaya bağlayan xəttin nəhayət açılması məsələsi əsasa məqsədlərdən biri olmalıdır. Ümid edirəm ki, Azərbaycan Prezidenti bu problemin həlli üçün təkliflərini verəcək və   Zəngəzur dəhlizinin açılması üçün, ona maneə olan qüvvələrin zərərsizləşdirilməsi üçün  yekdil bir qərar da qəbul ediləcəkdir”.

 

Ekspertin fikrincə, Türk Dövlətləri Təşkilatı elə bir mərhələdədir ki, indi dövlətlərimizin qərarlı və ciddi yanaşmalarından çox şey asılıdır.  Şübhəsiz ki, burada öncül rolu Türkiyə oynamaqdadır.

 

“Bu gün zəlzələnin yaralarını sarmaqla məşğul olan qardaş ölkənin önündə dayanacaq liderə ehtiyac hiss olunur. Zənnimcə bu rolu Azərbaycan öz üzərinə götürməli və Türk Dövlətləri Təşkilatının qarşıya qoyduğu vəzifələrin yerinə yetirməsində ardıcıllığı təmin etməyi üstlənməlidir”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür