“Aprel döyüşləri” - AÇIQLAMA

18:53 30-03-2023 | icon 301 | Qarabağ
“Aprel döyüşləri” - AÇIQLAMA

Telman Qasımov: “Bu döyüşlərdə illərdir işğal faktı aurasında özünü güclü sanan erməni ruhunu sındıra bildik”

 

“2016-cı il aprelin 1-dən 5-ə qədər Ordumuzun apardığı əməliyyatlar Vətən Müharibəsinə hazırlığın ilkin məşq əməliyyatı idi. Ordumuz həmin sınaqlarda böyük uğurlar əldə elədi. “Lələtəpə” və digər strateji yüksəklikləri azad etdi, Ermənistan ordusunun onurğa sütununu silkələdi. Ordumuz işğalçı ermənistanın onurğasını 44 günlük müharibədə sındırdı”.

 

Versus.az xəbər verir ki, bunu hərbi-siyasi ekspert Telman Qasımov “Aprel döyüşləri”ni Azərbaycan Ordusunun qələbə əzminin  göstəricisi kimi təhlil edərkən bildirib.

 

T.Qasımov bildirib ki, Azərbaycan Ordusu Vətən torpağının hər qarışını qorumaq üçün lazım gələndə sinəsini sipər etməkdən çəkinmir, qorxmur. O, 2016-cı il aprel ayının ilk həftəsində də Azərbaycan igidlərinin məhz bu şücaiyəti göstərdiyini qeyd edərək, “Müharibə itkilərsiz olmur, Allah şəhidlərimizə rəhmət eləsin”, deyə şəhidlərimizi, qazilərimizi qürurıa andı:

 

“Bizim əsgər aprel döyüşlərində hər kəsə bəyan elədi ki, o, torpaqlarının yağı düşməndə qalmasına imkan verməyəcək. Çünki bizim torpaqlarımızı erməni qəsbkarları işğal altında saxlayırdı və biz öz yurdumuzu azad etməliydik. Hərbidə qəbul olunan prinsip budur ki, hücum edən tərəf müdafiə edən tərəfdən çox itki verə bilər. O döyüşlərdə itkilrimiz çox olmasa da, şəhidlər verdik, amma düşmənə kifayət qədər zərbə endirib, illərdir işğal faktı aurasında özünü güclü sanan erməni ruhunu sındıra bildik. Ermənilər hansısa siyasi oyunbazların apardığı siyasət nəticəsində torpaqlarımızı xaincəsinə işğal etsələr də, onların bundan irəli gələrək illərdir özlərində formalaşdırdıqları "güclüyük, möhkəmik, hegemonuq" düşüncələrini yaddaşlarından sildik. Həmin tarixdə bir sıra yüksəklikləri ələ keçirib, ermənilərin hərbi texnikasına və canlı heyətinə güclü zərbə vurmaqla bütövlükdə 44 günlük müharibədə qazanacağımz uğurlar üçün bir zəmin yaratdıq. Allah şəhidlərimizə rəhmət eləsin”.

 

T.Qasımov qeyd edib ki, “aprel döyüşləri” Azərbaycan Ordusunun qələbə əzmini özünə qaytardı və ordumuz getdikcə daha da ruhlandı, gücləndi. Ekspert bu gün Laçın -Xankəndi yolu istiqamətdində və ona alternativ yollarda  ermənilərin yaratdığı hərbi təxribat və gərginliyə diqqət çəkərək, növbəti əmliyyatlar üçün yeni zərurətin ortaya çıxmasına diqqət çəkib:

 

“Bu gün Ermənistan, erməni saparatçıları Laçın yolu ilə bağlı təkliflərimizə müsbət reaksiya vermirlər. Artıq ikinci dəfədir ki, Azərbaycan tərəfi Qarabağda qalan erməni icmasını Bakıya görüşə dəvət etdi.  Amma ermənilər yenə də sülhdən yayınır. Görünür ki, arada üçüncü, dördüncü qüvvələr var ki, bölgədə sülh müqaviləsinin bağlanmasını istəmirlər.  Əksinə  maraqlıdırlar ki,  bu millətlər, dövlətlər arasında qarşıdurma, gərginlik  daim davam eləsin. Qarabağda qalan erməni separatçı rejimi ağılsızlıq göstərərək, Qarabağda yaşayan adi insanları uçuruma doğru aparır.  Bu gün ermənilər kimlərinsə diqtəsi ilə başqa dövlətin ərazisinə -Qarabağa gizli yollarla silah sursat daşıyıb istehkamlar qururlar. Bunlar hansı güclə Azərbaycan Ordusunun qarşısında durmağa çalışırlar.  Üstəlik separatçı rejimin rəhbəri Araik Arutunyanın vaxtaşırı Rusiyaya gedərək təlimatlar alır və radikal, revanşistlər çıxışlar edir, guya mübarizə aparacaqlarını, heç vaxt təslim olmayacaqlarını deyirlər. Amma başa düşə bilmirlər ki,  bunlar bir oyuna salınırlar və sahədə  Azərbayacanın əməliyyatlarının qarşısında aciz qalacaqlar. O zaman güvəndikləri tərəflər onların köməyinə gəlməyəcək”.

 

Artıq Azərbaycan hərbi qevvələrinin Xankəndi, Turşsuya gələn ikinci yolu nəzarətə götürdüyünü, orada postlarımızın qurulduğunu deyən ekspert, tezliklə bütün ərazilərə nəzarəti ələ götürəcəyimizi bildirdi:

 

“Biz bir daha gücümüzü göstərdik. Separatçılar sadə erməni vətəndaşlara bir daha zərbə vurdular. Erməni vətəndaşlar başa düşdülər ki, Azərbaycanla zarafat etmək olmaz. Ona görə də Qarabağda yaşayan ermənilər mənə məktubla müraciət edib, xahiş edirlər ki, onları erməni quldurların əlindən xilas edək. Deyirlər ki, erməni quldurların əllərindən beziblər. Xahiş edirlər ki, onlara çıxıb getmək üçün karidor verək”.

 

Azərbaycan ordusunun addım-addım apardığı strateji və taktiki addımlar aprel döyüşlərinin bugünkü davamıdır:

 

“Bu bir daha göstərir ki, biz çox doğru yoldayıq, işlərimizi uğurla qura bilirik. Gələcəkdə Qarabağı bütövlüklə nəzarətə götürəcəyik. Düşünmürəm ki, 2 min kvadrat metrdə tökülüb qalan erməni icması  üçün hansısa qlobal bir əməliyyat keçirməyə ehtiyac yaransın. Kiçik bir əməliyyatla Qarabağda yaşayan ermənilər səhər oyananda görəcəklər ki, başları üzərində üçrəngli bayraq dalğalanır”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu