Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb

15:10 06-02-2019 | icon 677 | Siyasət
Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb

 

Millət vəkili Qənirə Paşayeva Qovlar şəhərinin rəsmi nümayəndələrinin iştirakı ilə şəhid ailələri ilə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, görüşdə Qənirə Paşayeva şəhidlərimizi heç zaman unutmayacağımızı, onları hər zaman sevgiylə anacağımızı deyib.

 

Şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır deyən millət vəkili hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. Dövlətimizin hər zaman şəhid ailələrinə dəstək və qayğısından danışan Q.Paşayeva cənab Prezident İlham Əliyevin şəhid ailələri ilə keçirdiyi görüş, bu görüşün bütün məmurlara, millət vəkillərinə, hər bir vətəndaşımıza şəhid ailələrimizə münasibət necə olmalıdır deyə çox gözəl örnək olmasını xüsusi vurğulayıb. Millət vəkili bildirib ki, şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə Prezidentin birdəfəlik ödəmənin bütün şəhid ailələrinə verilməsi haqqında Fərmanı, şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği artırılaraq 300 manat müəyyən edilməsi haqqında Fərmanı, şəhid ailələrinin mənzil vəziyyətinin yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişləri dövlətimizin və dövlət başçımızın şəhid ailələrinə hər zaman göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.

 

"Biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər".

 

Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. “Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi” – deyə, Q.Paşayeva “hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz” söyləyib.

 

Şəhid ailələri onları hər zaman diqqətdə saxladığı üçün ölkə başçısına təşəkkürlərini ifadə ediblər və Prezidentin birdəfəlik ödəmənin bütün şəhid ailələrinə şamil edilməsi, şəhid ailələrinə ayrılan Prezident təqaüdünün artırılması haqqında imzaladığı son fərmanlarından və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişlərdən çox böyük məmnuniyyət duyduqlarını qeyd ediblər.

 

Şəhid ailələri ilə geniş söhbətlər, fikir mübadiləsi olub. Q.Paşayeva hər bir şəhid ailəsini ayrılıqda da dinləyib, onların qayğıları ilə maraqlanıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı