"Fransa ya ədaləti seçməli, ya da həmsədrlikdən geri çəkilməlidir"

21:40 06-02-2019 | icon 463 | Siyasət
"Fransa ya ədaləti seçməli, ya da həmsədrlikdən geri çəkilməlidir"

 

"Fransa Prezidenti Emmanuel Makron Fransada 24 aprel tarixini qondarma "erməni soyqırımı" ilə bağlı anım günü elan etmək niyyətindədir. Əgər Fransa Dağlıq-Qarabağ münaqişəsinin həlli üzrə Minsk Qrupu həmsədr ölkələrindən biri olmasa idi, bəlkə də bu məsələnin üzərindən ötüb keçmək olardı. Amma ötüb keçə bilmərik və bu qərardan, bu niyyətdən narahatlıq keçiririk".

 

Versus.Az-ın məlumatına görə, bunu açıqlamasında AXCP sədri Razi Nurullayev bildirib. Partiya sədri qeyd edibki, Fransa 24 aprel tarixini qondarma "erməni soyqırımı" ilə bağlı anım günü elan etməklə Ermənistanın siyasi rəhbərliyinin ayaqlarının altına daş qoyur, onları həvəsləndirir və özündənrazı edir. Bu isə onları reallıqdan uzaqlaşdırır və münaqişənin həllini də çətinləşdirir:

 

"Əgər Fransa erməni lobbisinin qarşısında tab gətirə bilmirsə, o zaman o münaqişənin həlli üzrə ədalətli mövqe tuta bilməz. Bunun üçün də ən optimal variant Fransanın Minsk Qrupu həmsədrliyindən könüllü olaraq istefa verməsidir. Ən doğru qərar bunu hesab edirəm.

Biz Fransa ilə dost ölkəyik və bu dostluğu da qiymətləndiririk. Lakin bu tip qərarlar dostluğumuza xələl gətirir. Ümid edirəm ki, Fransa müdrik qərar verərək ya ədaləti seçəcək, ya da Minsk Qrupu həmsədrliyindən geri çəkiləcək".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı