Kişi kimi kişi, ərən kimi ərən - MÜBARİZ İBRAHİMOV

10:28 07-02-2019 | icon 1420 | Gündəm
Kişi kimi kişi, ərən kimi ərən - MÜBARİZ İBRAHİMOV

 

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Azərbaycan kişisinin, ərəninin şücaət dolu qəhrəmanlığının təcəssümü. İgidliyi və rəşadəti əslərlə özündə qoruyub saxlayan Azərbaycan kişisinin simvolu. Vətən təəssübkeşliyinin, ana-bacı namusunun qoruyucusu. Kişi kimi kişi, ərən kimi ərən.

 

Mübariz İbrahimov 1988-cı ilin bu günü - fevral ayının 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. O, hamı kimi doğulsa da, hamı kimi yaşamayan bir əfsanəyə çevrildi. Babəklərin, Koroğluların, Mehdilərin, Həzilərin keçdiyi qəhrəmanlıq və rəşadət yolunu uğurla davam etdirdi. Vətən eşqi, Vətən sevgisi qəlbinin sönməz atəşi oldu və bu sönməzlik, bu sevgi onu amansız düşmənə qəhrəmanlıq dərsi keçməyə, Azərbaycan kişisinin məğlubedilməzliyini, əyilməzliyini, bir qarış torpağını belə düşmənə verməyəcəyini, son damla qanınadək mübarizə aparıb, təslim olmayacağını göstərməyə vadar etdi. Düşmənin öz silahını özünə qarşı istifadə edərək, beş saat onlarla təkbətək döyüşdü. Nəinki adından, hətta cansız bədənindən belə qorxan düşmən 14 gün onun cəsədini saxladı.

 

...İgidini qəhrəmanlıqla qarşıladı Azərbaycan xalqı. Müqəddəslik simvolu olan Azərbaycan bayrağına bükülmüş tabut barmaqlar ucunda son mənzilə yola salındı. "Qəhrəmanı ağlamazlar" deyən Şamama ana fəxrlə öz övladının tabutunun altına girdi. "Şəhid olsam, ağlamayın, əksinə, sevinin ki, o məqama yüksəlmişəm" - deyən Mübarizin məqamını uca sandı valideynləri, yaxınları və artıq hər bir ailənin öz övladına çevirmiş Azərbaycan xalqı.

 

Şəhidlər ölməz - deyərək ondan sonra qələbə əzmkarlığı ilə döyüşə atıldı Nurlanlar, Raminlər, Turallar, Anarlar, Tapdıqlar ... Və ölməzliyi yaşatdılar ölümsüzlükləri ilə...

 

MEHRİBAN SADIQOVA

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı