"Heç bir partiyanın təkbaşına hakimiyyətə gəlmək şansı yoxdur"

10:13 08-02-2019 | icon 626 | Siyasət
"Heç bir partiyanın təkbaşına hakimiyyətə gəlmək şansı yoxdur"

 

Fuad Əliyev: "Müxalifətdaxili çəkişmələr də bu prosesi sürətləndirirdi, artıq vətəndaşlarda partiyaların bəzilərinə inamsızlıq yaranmışdı"

 

 

Bu günlərdə yaranmasının 20 illiyini qeyd edən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevlə söhbət zamanı, onunla birgə ötən 20 ilə nəzər salmağa çalışdıq.

Beləliklə həmsöhbətimiz ALDP sədri Fuad Əliyevdir.

 

– Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) yubileyi qeyd edildi. 20 ili arxada qoyan ALDP gələcəyə nə ilə gedir?

 

"Biz həmin vəziyyəti dəyərləndirdik"

 

– 20 il ərzində ALDP bir çox nailiyətlərə imza atıb. Bu illər ərzində daim inkişaf edib və irəli gedib. Son 7-8 il ərzində keçirilən tədbirlər, beynəlxalq tədbirlərdə iştrak və partiyada yenilənmə, təşkilatlanma proseslərini buna sübut kimi göstərmək olar. Biz qazandığımız nailiyyətlərlə gələcəyə gedirik və gələcəyə böyük ümidlə baxırıq. ALDP bu illər ərzində Azərbaycanın siyasi arenasında mövqeyi və qərarlılığı ilə seçilən bir partiyadır.

 

– ALDP yarandığı ilkin dönəmlərdə daha çox  müstəqil fəaliyyətə üstünlük verirdi. Amma son 10 ildə partiyanın adı müxtəlif birliklərdə hallanır. Bunu nə ilə izah etmək olar?

– 20 il bundan qabaq Azərbaycanda tamam başqa bir situasiya var idi. ALDP formalaşan vaxtda cəmi 4-5 partiya mövcud idi, hansılar ki, təkbaşına hakimiyyəti formalaşdıra bilərdilər. Misal üçün AMİP, ALDP isə iki il ərzində tam formalaşdı və onun lideri Zakir Məmmədovun yorulmaz fəaliyyəti ilə həmin 4-5 partiyanın sıralarına qatıldı. 2000-ci ilin sonunda Bakıda baş verən güclü zəlzələnin nəticəsində Zakir Məmmədov faciəvi şəkildə həlak oldu. Bu faciədən sonra ALDP 2001-ci ildən etibarən  yenidən təşkilatlanma işlərinə başladı. İlk olaraq beynəlxalq əlaqələri gurduq, sonra daxili əlaqələri gücləndirdik, rayon təşkilatlarının fəaliyyətini bərpa etdik, yenilərini yartdıq.

 

Vaxt getdikcə, Azərbaycanda demokratikləşmə prosesi qabağa getmək əvəzinə, sürətlə geriləməyə başladı. İqtidar müxalifətdə olan partiya üzvlərinə qarşı repressiyalar, qeyri-qanuni həbslər, təzyiqlər və sair bu kimi addımlar atdı ki, bu da vətəndaşlarda müəyyən qədər qorxu hissi yaratdı. Vətəndaşlar partiyalara üzv olmaqdan çəkinirdilər, üzv olanların bəziləri isə üzvlükdən çıxırdılar. İkinci bir tərəfdən müxalifətdaxili çəkişmələr də bu prosesi sürətləndirdi. Artıq vətəndaşlar tərəfindən müxalif partiyaların bəzilərinə inamsızlıq yaranmağa başladı. Biz həmin vəziyyəti qiymətləndirərək müxalifətin birliklərində iştirak etməyə qərar verdik.

 

Hesab edirəm ki, bugünkü vəziyyətdə heç bir partiyanın təkbaşına hakimiyyətə gəlmək şansı yoxdur. Bu iqtidarı dəyişmək üçün biz birləşməliyik. İndi bu yeganə doğru yoldur – birlik yolu. Biz həmişə birlik tərəfdarı olmuşuq və hakimiyyətə də demokratik yolla gəlmək prinsipini üstün tuturuq.

 

"Müxalifətdə ikinci bir partiya yoxdur ki, ALDP kimi xarici əlaqələrə sahib olsun"

 

Yuxarıda sadaladığım süni maneələrlə bərabər çeşidli obyektiv və subyektiv səbəblərdən dolayı, bir çox partiyalarda parçalanma halları müşahidə edildi, bir neçəsi siyasi fəaliyyətini dayandırdı, bəziləri kənara çəkilib siyasi prosesləri izləməyə başladılar, bəziləri isə ümumiyyətlə, partiyalarını buraxdılar və sair. Amma ALDP ayaq üstə durmağı bacardı və həm daxildə güclü formada təşkilatlandı, həm də xarici əlaqələrini möhkəmləndirdi. Azərbaycanda müxalifətdə olan ikinci bir partiya yoxdur ki, ALDP kimi xarici əlaqələrə sahib olsun.

 

– Azərbaycan Xalq Hərəkatı hansı zərurətdən və ya hansı zəmində yaranıb?

 

– Vətəndaşlar ağır sosial problemlərlə üz-üzə qalıblar, işsizlik, maaşların və pensiyaların az olması kimi problemlər iqtidardan narazı olanların sayını ildrım sürətilə coxaldıb və bu proses indinin özündə də daha sürətli formada davam edir. Bu Hərəkatı yaradanlar təkçə partiya üzvləri deyil, əksəriyyəti keçmiş döyüşçülər, Qarabağ qaziləri, heç bir partiyanın üzvü olmayanlardır. AXH-nin yaranması cəmiyyətin sifarişidır.

 

– Amma AXH İdarə Heyəti partiya sədrlərdən ibatətdir.

– Yox, niyə ki… İdarə Heyətində sabiq istiqlalçı deputatlar, Qarabağ qaziləri və keçimş döyüşçülər də var. Sadəcə, partiya sədrləri orda fərdi şəkildə iştrak edir və hamı ilə bərabər statusa malikdirlər. Bundan başqa AXH İdarə Heyəti 18 nəfərdən ibarət olsa da, iclaslarda İdarə Heyətinə üzv olmayanlar da iştrak edir və öz fikirlərini deyə bilirlər. Hesab edirəm ki, bu çox yaxşı haldır.

 

– AXH mitiniq keçirəcək?

 

– AXH indi təşkilatlanma mərhəlisindədir. Hərəkat tam formalaşandan sonra yəqin ki, mitinqin keçirilməsi də müzakirə olunacaq. Hələ ki, bu muzakirə predmeti deyil.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol