Gürcülərdən azərbaycanlılara böyük DƏSTƏK

11:14 08-02-2019 | icon 662 | Geopolitika
Gürcülərdən azərbaycanlılara böyük DƏSTƏK

 

“Gürcüstanın Axalkalaki rayonunun Buğaşen kəndində erməni terrorçu Mikael Avakyana abidə qoyulmasına etiraz olaraq bu gün saat 2-də Gürcüstan parlamentinin qarşısında  aksiya keçiriləcək”.

 

Versus.Az Modern.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Vahid Milli Hərəkat Partiyasının Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatı Azər Süleymanov deyib. Deputat bildirib ki, aksiyaya təkcə azərbaycanlılar qoşulmayacaq:

 

“Aksiyaya qoşulanlar arasında təkcə azərbaycanlılar yox, gürcülər də olacaq. Çünki bu məsələ əsasən gürcülərin problemidir. Gürcüstanın 20% torpağı işğal olunub. Demək olar ki, separatizmdən əziyyət çəkən dövlətdir. Gürcüstan torpağında heç bir separatçıya yer olmamalıdır. O ki qaldı abidə qoyulsun”.

 

Azərbaycanlı deputatın sözlərinə görə, aksiyaya qoşulanlar arasında o özü də olacaq:

“Bir deputat kimi aksiyaya mən də qoşulacam. Əhalinin yanında olmaq mənim də borcumdur. Gürcü ziyalıları, elm adamları da bugünkü aksiyaya qoşulmaq niyyətindədirlər. Bugünkü aksiya dövlətə qarşı yox, separatizmə qarşıdır.  Gürcüstan və Azərbaycan arasında dostluq və qardaşlıq  mövcuddur. Bu tarixən də belə olub. Heç zaman yol vermərik ki, hansısa separatçı buna nail olsun”.

 

Azər Süleymanov Nərimanovun heykəlinin götürülməsi barədə ortaya atılan məsələyə də münasibət bildirib:

“Nərimanovun abidəsinin götürülməsi məsələsi müzakirə mövzusu deyil. Ona görə ki, abidə yerindədir. Sadəcə, məsələ məqsədyönlü şəkildə ortaya atılıb. İnsanların diqqətini Avakyandan Nərimanovun heykəlinə yönəltmişdilər. Bu bir provokasiya xarakteri daşıyır. Müxalifətdə olsam da, onu deyə bilərəm ki, dövlət heykəli götürmək fikrində deyil”.

 

Qeyd edək ki, bir neçə gün bundan qabaq Gürcüstanın Axalkalaki rayonunun Buğaşen kəndində erməni terrorçu Mikael Avakyana abidə qoyulub. Erməni separatçıya abidənin qoyulması etirazlara səbəb olub.

Bundan sonra Nərimanovun Marneulinin mərkəzindəki heykəlinin götqürüləcəyi məsələsi bilərəkdən ortaya atılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”