Voleybol üzrə Azərbaycan çempionatının final mərhələsi

14:52 17-04-2023 | icon 198 | İdman
Voleybol üzrə Azərbaycan çempionatının final mərhələsi

Voleybol üzrə Azərbaycan çempionatının final mərhələsində növbəti oyunların vaxtı bəlli olub. Qadın voleybolçuların Yüksək Liqasında növbəti qarşılaşmalar aprelin 18-də keçiriləcək.

 

Bu barədə Versus.az-a GİN-dən bildirilib.

 

Verilən məlumata görə, həmin gün ilk olaraq meydana bürünc medal üçün yarışan UNEC və “Murov” klubları çıxacaqlar. Bu komandaların ilk iki görüşündə “Murov” rəqibini quru hesabla məğlub edib. UNEC mübarizəni davam etdirmək üçün mütləq bu oyunda qələbə qazanmalıdır. “Murov” isə qalib gələcəyi təqdirdə ölkə birinciliyinin bürünc medalına sahib çıxacaq.


Daha sonra meydan çempionluq üçün mübarizə aparan “Abşeron” və “Azərreyl” klublarının ixtiyarına veriləcək. Cütün ilk iki final matçı “Azərreyl”in quru hesablı qələbəsi ilə başa çatıb. Eldar Yusubovun yetirmələri bu dəfə də qalib gələcəkləri təqdirdə çempion adını qazanacaqlar. Görüş “Abşeron”un qələbə isə yekunlaşarsa, onda əlavə matça ehtiyac duyulacaq.


Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunlar aprelin 20-nə təyin olunub. Həmin günün ilk matçı “Neftçi” və MOİK arasında baş tutacaq. Əvvəlki görüşlərdə 3:0 və 3:1 hesabları ilə qalib gələn “Neftçi” bu qarşılaşmanı da öz xeyrinə başa vurarsa, bürünc medala sahib çıxacaq, əks təqdirdə mübarizə növbəti oyunla davam edəcək.


Günün digər qarşılaşmasında çempionluq üçün yarışan “Xarı bülbül” və “Murov” kollektivləri üz-üzə gələcəklər. İlk iki oyunda 3:1 və 3:0 hesabları ilə üstün olan “Murov” yenə qalib gələrsə, qızıl medalı təmin edəcək. “Xarı bülbül” klubu birinci yer uğrunda mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanmalıdır.

Yüksək Liqa (qadınlar)
18 aprel
Üçüncü yer uğrunda (3-cü oyun)
13:30 “Murov” - UNEC
Final (3-cü oyun)
15:30 “Azərreyl” - “Abşeron” (CBC sport-canlı)

Yüksək Liqa (kişilər)
20 aprel
Üçüncü yer uğrunda (3-cü oyun)
14:00 “Neftçi” - MOİK
Final (3-cü oyun)
16:00 “Xarı bülbül” - “Murov” (CBC sport-canlı)

 

Pəri

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin