"Şəbəkə" xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 2 il keçir

12:55 08-02-2019 | icon 680 | İqtisadiyyat
"Şəbəkə" xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 2 il keçir

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə “Azərpoçt” MMC-nin tərkibində yaradılan "Şəbəkə" xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 2 il keçir.

 

NRTYN-dən Versus.Az-a verilən məlumata görə, bu münasibətlə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. İlk olaraq “Şəbəkə” xidmət mərkəzinin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində – https://www.facebook.com/shebeke.az/ 8 Fevral 2019-cu il tarixində müsabiqə keçiriləcək. Müsabiqədə iştirak edərək “Şəbəkə” mərkəzlərinin göstərdiyi xidmətlər barədə 3 suala doğru cavabı yazan ilk 5 izləyici qalib olacaq.

Qaliblər 10 fevral tarixində “Azərpoçt” MMC tərəfindən smartfon telefonlarla mükafatlandırılacaq. Eyni zamanda, həmin gün "Şəbəkə"nin fəaliyyətində xüsusi fərqlənən əməkdaşlara da təşəkkürnamələr təqdim olunacaq.

 

Hazırda respublika üzrə 9 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı paytaxt Bakıda, digər 3-ü isə Cəlilabad, Zaqatala və Sumqayıt şəhərlərində yerləşir.

Məlumat üçün bildirək ki, “Şəbəkə” xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 8 qurumu tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib. "Şəbəkə" mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın artırılmasıdır.

 

Bu mərkəzlərdə əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətləri ilə yanaşı, aviabilet satışı və turizm xidmətləri də göstərilir. Eyni zamanda “Şəbəkə” xidmət mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, zərf, marka və açıqcaların satışı, pulköçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların IMEI qeydiyyatı həyata keçirilir. Burada müştərilər xüsusi özünəxidmət terminallarından da istifadə edə bilirlər. “SmartPay” ödəniş sistemi vasitəsilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş imkanı yaradılıb.

 

Vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə və bazar günləri xidmət göstərilir. 169 Çağrı mərkəzi həftənin bütün günləri 24 saat ərzində fəaliyyətdədir. Eyni zamanda, “Azərpoçt” MMC-nin rəsmi saytındakı onlayn konsultasiya vasitəsilə də müraciətlər qəblul edilir.

 

Qeyd edək ki, cari ilin yanvar ayı da daxil olmaqla 2 milyona yaxın vətəndaş mövcud “Şəbəkə” mərkəzlərində müxtəlif xidmətlərdən faydalanıb.

 

“Şəbəkə” xidmət mərkəzlərinin Bakının bütün rayonlarını əhatə etməsi üçün tədbirlər görülür. Xidmət mərkəzlərinin respublikanın bütün iri şəhər və rayonlarında da istifadəyə verilməsi nəzərdə tutulub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı