Ermənilərin tarixi günahsız insanların qanı ilə ləkələnib

17:48 08-02-2019 | icon 516 | Qarabağ
Ermənilərin tarixi günahsız insanların qanı ilə ləkələnib

 

Ermənilərin tarixi Anadoluda və Azərbaycanda günahsız, qətlə yetirilmiş insanların qanı ilə ləkələnib.

 

Versus.Az xəbər verir ki, bunu Türkiyənin İnsan Haqları Fondunun Etika komitəsinin üzvü Aşkın Yıldırım Fransa Prezidenti Emmanuel Makronun 1915-ci il hadisələri ilə bağlı sözlərini şərh edərkən deyib.

 

A.Yıldırım bildirib ki, ermənilərin 1915-ci ildə qondarma "soyqırımı" iddialarının heç bir əsası yoxdur. O vurğulayıb ki, tarixdə heç vaxt "erməni soyqırımı" olmayıb, yalnız böyük erməni yalanı var:

 

"Erməni quldurlarının 1915-1918-ci illərdə Anadoluda dinc sakinlərə qarşı vəhşiliyi isə faktlarla sübut olunub".

 

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Fransada 24 aprel tarixini qondarma "erməni soyqırımı" ilə bağlı anım günü elan etmək niyyətindədir. Fransa Erməni Təşkilatları Əlaqələndirmə Komitəsinin illik ziyafətinə qatılan E.Makron seçkiqabağı təşviqat kampaniyasında vəd etdiyi kimi, Fransa təqviminə qondarma "erməni soyqırımı" ilə bağlı anım gününün əlavə ediləcəyini açıqlayıb.

 

Fransa 1915-ci il hadisələrini qondarma "soyqırım" kimi tanıyan ilk dövlətlərdən biridir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin