"Bu, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox mühüm addımdır"

21:39 08-02-2019 | icon 477 | Siyasət
"Bu, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox mühüm addımdır"

 

Prezident İlham Əliyev tərəfindən minimum aylıq əməkhaqqının məbləğinin 2019-cu il martın 1-dən 180 manatadək artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox mühüm addımdır.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev bildirib.

 

Millət vəkili qeyd edib ki, yaşayış minimumu ilə minimum əməkhaqqı arasında həmişə fərq olub:

 

“Dünya dövlətlərinin çoxunda da bu fərq var. Lakin bu fərqin aradan qaldırılması ilə dövlət sektorunda çalışan çox sayda işçilərin maaşı qalxacaq, eyni zamanda, özəl sektorda çalışanların əməkhaqlarında buna uyğun artımlar olacaq. Bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yoxsulluq səviyyəsinin aşağı salınması istiqamətində çox böyük addım olacaq”.

 

M.Quliyev vurğulayıb ki, dövlət başçısının müvafiq sərəncamı əhalinin bütün qruplarının yaçayış səviyyəsinin yüksəlməsinə səbəb olacaq.

 

Qeyd edək ki, bundan əvvəl Azərbaycanda minimum əməkhaqqının məbləği 130 manat təşkil edib. 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI