“Formula-1” komandasının direktoru danışdı
“Düşünürəm ki, Bakı bizim bolidimizin imkanlarına uyğun trekdir”.
Versus.Az xəbər verir ki, bunu “Formula-1” üzrə dünya çempionatında çıxış edən “Williams” komandasının direktoru Ceyms Voulz yarışın rəsmi saytına açıqlamasında deyib.
44 yaşlı funksioner indiyədək Azərbaycan Qran-prisinin hər birində xallar uğrunda mübarizə apardıqlarını bildirib:
“Sadəcə, əvvəlki yarışlardan hər şeyi öyrəndiyimizə əmin olmalıyıq. Qarşıdakı həftəsonunda əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 apreldə baş tutacaq.
Xəbər lenti
Direktorluqdan imtina etdi
Xankəndiyə müəllimi kimi qayıtdı...