Başına pul mükafatı qoyulan, adı tankları bəzəyən...

10:51 25-04-2023 | icon 1001 | Şəhidlər və şahidlər
Başına pul mükafatı qoyulan, adı tankları bəzəyən...

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

 

O, 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub.

 

Albert Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək 101 saylı peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnib.

 

1987-ci ildə hərbi xidmətə çağırılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirib və tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Vətənimizin dar günlərində Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb.

 

Albert Aqarunov tank komandiri təyin edilib və Şuşa cəbhəsinə göndərilib. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni faşistlərin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edir.

 

8 may 1992... Şuşada səhər tezdən erməni quldurlarının tankları görünür, Albert düşmən tanklarından birini yaxın məsafədən tək atəşlə məhv edir, növbəti sərrast atəşlə yenidən düşmən tankını məhv edir.

 

Sevincindən məhv etdiyi tanklara baxmaq istəyən Albert snayper gülləsinə tuş gəlir və döyüş meydanında qəhrəmancasına həlak olur.

 

Albert Qarabağ müharibəsində əfsanəyə çevrilmişdi, onun şücaətindən danışmayan yox idi. O dövrdə hər kəs tankını Albert adlandırırdı. Ermənilər onun başına pul mükafatı qoymuşdular.

 

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Albert Aqarunoviç Aqarunov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

Vaxtilə təhsil aldığı 154 saylı orta məktəb onun adını daşıyır.

 

Qeyd edək ki, 2019-cu ildə Nərimanov rayonu ərazisində Albert Aqarunovun heykəli ucaldılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol