Deputat şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşüb

12:01 09-02-2019 | icon 735 | Cəmiyyət
Deputat şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşüb

 

Qənirə Paşayeva: “Bütün Azərbaycan üçün siz çox dəyərlisiniz”

 

 

Millət vəkili Qənirə Paşayeva  Tovuzun Düz Qırıqlı, Bozalqanlı, Düz Cırdaxan, Abulbəyli, Qaraxanlı, Cəlilli, Cilovdarlı, Əlimərdanlı, Əyyublu, Qədirli, Xatınlı kəndlərində  şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, adıçəkilən kəndlərin rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən görüşlərdə millət vəkili Q.Paşayeva şəhidlərimizi heç zaman unutmayacağımızı, onları hər zaman sevgiylə anacağımızı deyib:

 

"Şəhid ailələrimizə, Qarabağ müharibəsi əlilləri və veteranlarımıza hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır. Hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz".

 

Dövlətimizin hər zaman şəhid ailələrinə dəstək və qayğısından danışan Q.Paşayeva Prezident İlham Əliyevin şəhid ailələri ilə keçirdiyi görüş, bu görüşün bütün məmurlara, millət vəkillərinə, hər bir vətəndaşımıza şəhid ailələrimizə münasibət necə olmalıdır deyə çox gözəl örnək olmasını xüsusi vurğulayıb. Millət vəkili bildirib ki, şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə Prezidentin birdəfəlik ödəmənin bütün şəhid ailələrinə verilməsi haqqında Fərmanı, şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləğinin artırılaraq 300 manat müəyyən edilməsi haqqında Fərmanı, şəhid ailələrinin mənzil vəziyyətinin yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişləri dövlətimizin və dövlət başçımızın şəhid ailələrinə hər zaman göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir:

 

“Biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. O gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi. Hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz”.

 

Şəhid ailələri Prezidentə onları hər zaman diqqətdə saxladığı üçün təşəkkürlərini bildiriblər və birdəfəlik ödəmənin bütün şəhid ailələrinə şamil edilməsi, şəhid ailələrinə ayrılan Prezident təqaüdünün artırılması haqqında Prezidentin imzaladığı son fərmanlarından və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişlərdən çox böyük məmnuniyyət duyduqlarını qeyd ediblər.

 

Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə geniş söhbətlər, fikir mübadiləsi olub. Q.Paşayeva hər bir şəhid ailəsini, Qarabağ müharibəsi əlilini və veteranını ayrılıqda da dinləyib, onların qayğıları ilə maraqlanıb, narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb.

 

Millət vəkili Q.Paşayeva eyni zamanda Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin Tovuz bölməsinin rəhbəri və üzvləri ilə görüşüb, geniş fikir mübadiləsi aparıb. Görüşdə Azərbaycan Vətən Müharibəsi Veteranları İB tərəfindən Q.Paşayevaya Milli Ordunun 100 illiyi şərəfinə təsis etdikləri xatirə medalı və Birliyin Fəxri üzvlüyü barədə vəsiqə təqdim edilib. Xatirə medalına və Fəxri üzvlük barədə vəsiqəyə görə təşəkkürünü bildirən millət vəkili ona göstərilən etimadı doğrultmağa çalışacağını deyib və hər zaman Qarabağ müharibəsi əlilləri və veteranlarının yanındayıq deyib.

 

Görüşdə təşkilat tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələr ətrafında geniş fikir mübadiləsi də aparılıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı