Hədəf seperatçıların həbsidir - VİDEO

16:52 26-04-2023 | icon 297 | Siyasət
Hədəf seperatçıların həbsidir - VİDEO

Razi Nurullayev: "Onları mütləq şəkildə Bakıya gətirmək lazımdır"

 

"Laçın dəhlizinin Ermənistan-Azərbaycan hissəsində keçid məntəqəsini qurduq. İndi seperatçıların - həm Araik, həm də Ruben Vardanyanın həbs zamanıdır".

 

Versus.Az xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev sosial şəbəkə hesabında deyib.

 

Laçın dəhlizinin Azərbaycan-Ermənistan hissəsində keçid məntəqəsinin qurulması münasibətilə Azərbaycan xalqını təbrik edən deputat seperatçıların həbs olunmasının vacibliyini vurğulayıb:

 

"Şanlı Azərbaycan Həkəri çayının üzərindəki körpüdə, Ermənistan-Azərbaycan sərhədində sərhəd keçid məntəqəsini qurdu. Bundan sonra artıq seperatçılar və Ermənistanın hərbi rejimi Azərbaycanın Qarabağ ərazisinə minalar, silahlar və canlı qüvvə daşıya bilməyəcək. Həm də Ermənistanın 10 minlik quldur dəstəsi-ordusu Xankəndidə qaldı. Onlar oranı xoşluqla tərk edə bilməyəcək. Eyni zamanda, Azərbaycan əsgərlərinin, vətəndaşlarının qanına əlinə batirmış cinayətkar Araik Arutyunyan da Xankəndidədir. Artıq rus sülhməramlılarının avtomobilində də nə Ermənistan ərazisinə, nə də Ermənistan ərazisindən Azərbaycan ərazisinə daxil ola biləcək.

Biz orada yaşayan dinc ermənilər üçün sərbəst şəkildə gedib-gəlmək imkanlarını müəyyən müddət üçün yaradacağıq ki, onlar Azərbaycan cəmiyyətinə adaptasiya olsunlar. Amma orada separatizmlə məşğul olan, Azərbaycanın qanunlarını pozan, Azərbaycanın konstitusiya quruluşunu dəyişmək istəyən, Azərbaycana qarşı qanlı iğtişaşlar törədən, üsyan edən, əlinə silah götürən, Azərbaycan vətəndaşlarını, əsgər və zabitlərini qətlə yetirən insanların isə cəzalandırılmasına nail olmaq imkanı qazanıb. Həmin o separatçılar mütləq şəkildə sərhəddən keçən zaman həbs olunub, Bakı şəhərinə gətirilməli və müttəhim kürsüsündə əyləşdirilməlidir. Biz onlara heç bir imkanı tanımalı deyilik".

 

R.Nurullayev qeyd edib ki, Kremlin və digər ölkələrin təzyiqi altında da boyun əyməməli, Azərbaycan xalqının iradəsi ilə onların həbsini həyata keçirib, mütləq şəkildə Bakıya gətirmək lazımdır:

 

"Bu gün sevimli günümüzdür, bu günü bizim xalqımız çoxdan gözləyib, bu gün şəhidlərimizin ruhu şaddır, bu gün şəhid ailələri də sevinir ki, onların şəhid övladlarının ruhu rahatlıq tapdı. Azərbaycan xalqını, Azərbaycan hakimiyyətini, Azərbaycan Prezidentini bu gözəl qələbə münasibətilə ürəkdən təbrik edirəm. Milli Cəbhə Partiyası hakimiyyətin bu addımını bəyənir və dəstəkləyir".

 

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI