Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzi YARADILDI

19:27 26-04-2023 | icon 329 | Siyasət
Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzi YARADILDI

“Siyasi münasibətlər sisteminə, siyasi institutların inkişafına töhvə verəcəyik”

 

Azərbaycan siyasi arenasında Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzi adlı yeni bir mərkəz yaradılıb.

 

Versus.Az xəbər verir ki, bu gün Mərkəzin ilk toplantısı keçirilib.

 

Öncə sədri olduğu Yeni Yol Partiyası ilə bağlı mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdıran Ramil Hüseynov bildirdi ki, bu gün verilən qərar heç də siyasi mübarizədən çəkilməyin göstəricisi deyil:

 

“Bu qərar mübarizəmizin, idealogiyamızın, iddialarımızın həyata keçirilməsi və reallaşması üçün başqa bir formata keçid alaraq fəaliyyətimizi daha çevik, siyasi istəklərimizi daha tez reallaşdırmaq üçün günün tələblərini nəzərə alaraq atılmış strateji bir addımdır. Mən 1996-ci ildən siyasi proseslərə qoşulmuşam. Bəzən sakit müşahidələrimlə siyasi prosesləri izləmişəm. Bəzən də aktiv siyasi münaqişə və münasibətlərdə olmuşuq. Bu illər ərzində yığdığımız təcrübə, keçdiyimiz yol bizi bu gün hisslərlə yox, təmkinli, düşüncəli, müdrikliyə söykənərək gələcəyə baxış taktikamızı diqtə etməyə kömək edir.
Bu gün korporativ maraqlar dünya bölgüsünü yenidən istəyən güclər və bu prosesi həyata keçirmək üçün təbii olaraq bəzi ölkələrin mövcudluğu üçün təhlükə yaradır. Bu dönəmdə yalnız özümüzün deyil dövlətimizin milli maraqlarını düşünməliyik”.


R.Hüseynov bütün bunları nəzərə alaraq bu addımın doğru və gələcəkdə daha böyük uğurlar qazanmaq üçün taktiki bir siyasi addım hesab etdiklərini vurğulayıb:

 
“2020-ci ildən sonra baş verən proseslər onu göstərir ki, indiki hakimiyyətin siyasi rəhbəri dövlətin maraqlarını mənafelərini kifayət qədər qətiyyətli və milli qoruyur. Azərbaycan regionda güclü bir dövlətə çevrilib, torpaqlarımız işğaldan azad olunub.
Beynəlxalq müstəvidə və münasibətlər sistemində öz yerimiz, ölkə olaraq öz sözümüz mövcuddur. Bütün bunların arxasında yalnız ağıla, müdirkliyə söykənmiş diplomatiya dayanır. Bütün siyasi qüvvələrlə bunu qəbul etməli, addımlarımızı buna uyğun atmalıyıq. Bu da reallıqdır ki, bu gücü bu gün xalq tərpətmək istəmir. Siyasi şəxs olaraq formalaşmış gücümlə millətim və dövlətim üçün iş görürəmsə, bu gücün daha da genişlənməsi və böyüməsi üçün çalışmalıyam. Təbii ki, şəxsi maraqlar və ambisayalarım bunu həyata keçirmək üçün maneçilik törətmirsə”.

 

R.Hüseynov onu da qeyd etdi ki, bu gün ölkədə individual düşünən, fərdi yanaşan, hakimiyyətin milli siyasi strategiyasının milli konsepsiyasına ciddi zərbə vuran məmurlar da var. O da dünya görüşünün zəifliyi, yanaşma tərzinin yalnışlığı və digər təsirlərə öhdəlik yaranmış xidmətlərdir:

 

“Bu tip şəxslər siyasi olaraq sıradan çıxarılmasa, yerində oturmasa, bu, ciddi problem olar və dövlət-vətəndaş münasibətlərində uçurum yaradar. Yeni yaratdığımız bu təşkilat gələcəkdə ölkədə siyasi münasibətlər sisteminə, siyasi institutların inkişafına öz töhvəsini verəcək. Yaxın gələcəkdə planlarımızla bağlı ətraflı məlumatlar verəcəyik”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür