"Nalşəkilli mühasirə" İsveçdə - EKSKULİZİV

13:15 11-02-2019 | icon 697 | Cəmiyyət
"Nalşəkilli mühasirə" İsveçdə - EKSKULİZİV

 

Eluca Atalının növbəti kitabının təqdimatı olub

 

 

Fevralın 9-da İsveç-Azərbaycan Dərnəyinin təşəbbüsü ilə Azərbaycan oxucularına tarixi-vətənpərvərlik əsərləri ilə yaxşı tanış olan, İsveçdə yaşayan yazar Eluca Atalının növbəti "Nalşəkilli mühasirə" adlı kitabının təqdimat mərasimi keşirilib.

 

Versus.Az-ın İsveçdəki əməkdaşının məlumatına görə, bir sıra xarici qonaqların da iştirak etdiyi tədbiri giris sözü ilə açan dərnək başqanı Sevda Dadaşova tədbir iştirakçılarına müəllif və kitab haqqında məlumat verib.

 

Yüzlərlə əsərin müəllifi olan Eluca xanım Azərbaycan oxucularına "Bir udum azadlıq", xüsusilə də keçən əsrin ən qanlı soyqırımı olan Xocalı faciəsinə həsr edilmiş "Tiqranizm Xocalıda" əsəri ilə tanışdır. Yazar bu əsərində yüz illər boyu fəaliyyətini sürdürərək bu gün də davam edən erməni vandalizmini, ağılagəlməz vəhşiliklərini, bir türlü tükənməyən" iştahlarını" geniş yazıçı təxəyyülünün yaratdığı bədii obrazlar vasitəsilə çox inandırıcı boyalarla əks etdirib. Pyes şəklində yazılan "Nalsəkilli mühasire” əsərində keçən əsrin əvvəllərində Çar Rusiyasının işğalçılıq siyasətindən faydalanan nökər xislətli ermenilərin, onların "tayqulaq qəhrəmanı" Andronikin Türkiyə və Azərbaycan torpaqlarında törətdikləri vəhşilik və soyqırım, nəhayətində Laçının Zabux dərəsində Sultan bəy tərəfindən darmadağın edilmələri ustalıqla qələmə alınıb.

 

Qeyd edək ki, “Nalşəkilli mühasirə” əsərinin bu ilin yanvar ayında Bakıdakı Atatürk Mədəniyyət Mərkəzində də geniş təqdimatı keçirilmişdi.

 

İlk öncə həmyerlilərə təqdim edilən əsəri müəllifin yaşadığı İsveçdə məskunlaşan soydaşlarımıza tanıtmaq məqsədilə təşkil olunan tədbirə Türkiyə, İsveç, Özbəkistan, Kenya, Hindistan, Argentinadan olan oxucular da qatılıblar.

Qonaqlardan Maqdalina Kofe Jonsson, Nisa Saran, Manuel Santibanez yazar və kitab haqqında öz ürək sözlərini söyləyiblər.

 

Yazar xarici dillərə çevrilərək bir sıra ölkələrdə də yayımlanan əsərlərində əsrlərdir xalqımızın başına gətirilən müsübət və qırğınlar barədə oxuculara məlumat verir, haqq səsimizi çatdırır.

 

Zəngin təxəyyülə malik Eluca Atalının müxtəlif mövzularda yazılmış əsərləri bir sıra dillərə tərcümə olunaraq geniş oxucu kütləsinə təqdim olunub. Bu əsərlərdən "Adamdan üstün", "Kərküklülər – təklənmiş Türklər" ictimi siyasi məqalələr toplusu, "Heykəllər niyə danışmırlar?", "Özünü gətir", "Ruhu ilə oynayan qadın", "Savaşda qalib yoxdur", "Yad dildə azadlıq nəğməsi", "İran hizbullah zindanında" və sair göstərmək olar.

 

Eluca xanım KİBATEK - 42 ölkənin ədəbiyyat araşdırmaçıları, şair və yazarlarını əhatə edən qurumun hər il bir ölkənin yazarına verdiyi Türk Dünyasına Xidmət və İraq-Türkmən Ədəbiyyatçılar Qurumunun Qələm Ustası mükafatına layiq görülmüşdür.

 

Əminik ki, "Özü gedə bilməyən yerə düsüncələri gedən" Eluca xanım bundan sonra da bitib-tükənməyən Vətən sevgisinin, vətəndaş borcunun bir görəvi olaraq öz yaradıcılığını uğurla davam etdirəcək, yeni-yeni əsərləri ilə bizləri sevindirəcəkdir.

 

Pakizə Babazadə
/İsveç-Bakı/
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı