“Liverpul”dan geridönüş

08:48 27-04-2023 | icon 239 | İdman
“Liverpul”dan geridönüş

İngiltərə Premyer Liqasında XXXIII turun oyunları keçirilir.

 

Mərkəzi matçda çempionluq uğrunda mübarizə aparanlar - “Mançester Siti” və “Arsenal” birincilərin meydanında münasibətlərinə aydınlıq gətiriblər.

 

Qarşılaşma “şəhərlilər”in 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Arsenal”ın yeganə qolunu Rob Holdinqin vurduğu qarşılaşmada “Mançester Siti”yə üç xalı Kevin De Bruynenin iki, Con Stounz və Erlinq Holandın hərəyə bir qolu qazandırıb.

 

Məğlubiyyətə baxmayaraq, “Arsenal” əvvəlki kimi liderdir. “Topçular”ın aktivində 75 xal var. “Mançester Siti” isə çempionluq matçı hesab edilən görüşdə qazanılan qələbə sayəsində xallarını 73-ə çatdırıb və ikinci pillədədir. Komandanın ehtiyatda iki oyunu da var.

 

 

Uğursuz mövsüm keçirən “Çelsi” öz meydanında “Brentford”a uduzub - 0:2. “Zadəganlar”ın ispaniyalı futbolçusu Sezar Aspilikuetanın avtoqol müəllifi olduğu matçda son nəticəni Brayan Mbuemo müəyyənləşdirib.

 

 

“Çelsi” 39 xalla 11-ci, “Brentford” 47 xalla 9-cudur.

 

 

“Liverpul” isə “Vest Hem” səfərində qələbə qazanıb. “Qırmızılar” 12-ci dəqiqədə Lukas Paketanın qolu ilə hesabda geri düşsələr də, 18-ci dəqiqədə Kodi Qakpo bərabərliyi təmin edib. 67-ci dəqiqədə isə Coel Matip Mersisayd təmsilçisinə qələbə qazandıran topu vurub - 2:1.

 

Xallarını 53-ə çatdıran “Liverpul” “Tottenhem”i geridə qoyaraq turnir cədvəlində 6-cı pilləyə yüksəlib. “Vest Hem” 34 xalla 14-cüdür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi