Cüdoçularımız 2 medal qazanıblar

14:09 11-02-2019 | icon 457 | İdman
Cüdoçularımız 2 medal qazanıblar

 

Fransanın paytaxtı Paris şəhərində cüdo üzrə nüfuzlu "Böyük Dəbilqə" yarışının son günü Azərbaycan millisi üçün uğurlu olub.

 

Versus.Az xəbər verir ki, ağır çəkidə mübarizə aparan cüdoçularımız beynəlxalq turniri medallarla başa vurublar. Qadınların yarışında ölkəmizi təmsil edən İrina Kindzerska (+78 kq) Kamerun, Rusiya və Yaponiya cüdoçularına qalib gələrək finala çıxıb. Həlledici görüşdə Kuba təmsilçisi İdalis Ortizə uduzan Kindzerska Parisdə millimizə gümüş medal qazandırıb.

 

Kişilərin mübarizəsində ölkəmizi təmsil edən Uşangi Kokauri (+100 kq) bürünc medala sahib olub.

 

Qeyd edək ki, Fransa "Böyük Dəbilqə"sində 97 ölkədən 570 cüdoçu (334 oğlan, 236 qız) mübarizə aparıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi