Aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində mina partlayışı nəticəsində üç nəfər həlak olub.
Versus.Az xəbər verir ki, partlayış baş verən ərazidən görüntülər yayılıb. Hadisənin baş verdiyi ərazi əvvəllər qoşunların təmas xətti olub.
Partlayış zamanı “RPS Energy Ltd.” şirkətinin əməkdaşları - 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyev həlak olublar.
Qeyd edək ki, Azərbaycanda mina partlayışları zamanı 1991-ci ildən bəri 3 377 nəfər həlak olub və ya yaralanıb ki, onlardan 358 nəfəri uşaqlar, 38 nəfəri qadınlar olub.