Qaraciyərin bərpa olunduğunu göstərən 4 ƏLAMƏT

09:35 01-05-2023 | icon 397 | Sağlamlıq
Qaraciyərin bərpa olunduğunu göstərən 4 ƏLAMƏT

Zədələnmiş qaraciyərin bərpa olunduğunu göstərən dörd əlamət var.

 
 
Qaraciyər regenerasiya üçün böyük potensiala malik orqandır. Əgər orqan ciddi şəkildə zədələnməyibsə, o, öz-özünə bərpa etmək qabiliyyətini saxlayır.
 
 
Sağlam həyat tərzi ilə zədələnmiş qaraciyəri bərpa etmək olur.
 
 
Qaraciyərin sağaldığını göstərən əlamətlər:
 
 
Düşüncə və yaddaş yaxşılaşır. Zəif və xəstə qaraciyər insan orqanizmindəki ən böyük filtr rolunun öhdəsindən yaxşı gələ bilmir. Nəticədə qanda arzuolunmaz zəhərli maddələr toplanır ki, bu da beyinə mənfi təsir göstərir. Beyində tam aydın olmayan fikirlər və unutqanlıq yaranır. Qaraciyərin bərpasının əlaməti yaddaş və idrak funksiyalarının yaxşılaşmasıdır.
 
 
Enerji yüksəlir. Qaraciyər funksiyası azaldıqda, maddələr mübadiləsinə mənfi təsir göstərir, daimi yorğunluq və yuxululuğa səbəb olur. Qaraciyər yeniləndikcə, insan özünü daha enerjili hiss etməyə başlaya bilər.
 
 
Çəkidə normallaşma- Qaraciyərin vəziyyəti çəkiyə təsir göstərir. Sağlam qaraciyər olduqda, iştah normallaşır, daxili çəki tənzimləmə mexanizmləri səmərəli işləyir.
 
 
Üz rəngi yaxşılaşır. Qaraciyərin pis vəziyyətinə görə, toksinlərin yığılması dəri problemlərinə səbəb olur. Ancaq qaraciyər sağalmağa başlayanda, yaxşı dəri tonu və incə, ödemsiz üz quruluşu əldə edirsiz. /medicina/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...