Komandirdən əsgər atasına təşəkkür məktubu

02:22 12-02-2019 | icon 2628 | Cəmiyyət
Komandirdən əsgər atasına təşəkkür məktubu

Komandir: "Kənan kimi oğul tərbiyə etdiyinizə görə, sizə öz dərin minnətdarlığımı bildirirəm"

 

 

"Belə bir deyim var: "Soruşma Vətən sənin üçün nə edib, soruş ki, mən Vətən üçün nə etmişəm? Bax mən də daim bu sualı özünə verənlərdənəm".

 

Versus.Az xəbər verir ki, bunu əsgər atası olan jurnalist Əmrah Fəqanoğlu özünün ad günündə "N" saylı hərbi xidmətdən aldığı təşəkkürnamə sevincini sosial mediada dostlarıyla paylaşımında yazıb. Həmkarımız təəssüratlarını belə qeyd edib:

 

"Zəhmətkeş ailədə doğuldum, hərbi xidmətdə oldum, BDU-nun jurnalistika fakültəsini bitirdim, bütün ömrümü jurnalistikaya həsr etdim.

İki övlad böyütdüm, hər ikisi yüksək balla ali məktəblərə qəbul olunub, uğurla bitirdi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu Kənanım hazırda Milli Ordumuzda Vətənə xidmət edir.

 

Builki doğum günüm - 35 ilini mətbuatımıza həsr etdiyim yubiley yaşım da, onun iştirakı olmadan ötüb keçdi. Komandirindən aldığımız bu təşəkkür məktubu isə yubileyimə ən böyük təltif oldu.

Əsas budur ki, biz Vətən üçün nəsə edə bilək. Sevgilər təmənnasız olanda daha gözəldir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı