Səudiyyə Ərəbistanı 10 mindən çox xarici vətəndaşları, diplomatları Sudandan təxliyə edib

20:40 08-05-2023 | icon 551 | Dünya
Səudiyyə Ərəbistanı 10 mindən çox xarici vətəndaşları, diplomatları Sudandan təxliyə edib

Onların arasında Azərbaycan vətəndaşları da var

 

Səudiyyə Ərəbistanı Krallığı səudiyyəli vətəndaşlar, eləcə də dost və qardaş dövlətlərin insanlarının, o cümlədən diplomat və beynəlxalq vəzifəlilərin Sudan Respublikasından Səudiyyə Ərəbistanı Krallığına təxliyəsinə nəzarət və qayğı göstərib.

 

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən Vesus.az-a verilən məlumata görə, bu həmçinin beynəlxalq birliyin etibarlı tərəfdaşı kimi Səudiyyə Ərəbistanı Krallığının effektiv rolunun təsdiqi, dost və qardaş dövlətlərin öz təbəələrinin təxliyəsi barədəki müraciətlərinə cavab olaraq həyata keçirilib.

 

Belə ki, dəniz yolu ilə təxliyə əməliyyatları Xartumdan Port Sudan limanına, oradan isə Ciddə şəhər limanına, hava yolu ilə isə Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrlə Ciddə şəhərindəki Kral Abdullah Hava Bazasına çıxarılmanı təmin edib. İndiyə kimi (8 may 2023-cü il) təxliyə edilənlərin ümumi sayı 8498 (278 Səudiyyə Ərəbistanı vətəndaşı və aşağıdakı bir sıra dost ölkələrdən olan 8220 insan) nəfərə çatıb. Onların arasında Azərbaycan, Türkiyə, Pakistan, İndoneziya, Çin, Küveyt, BƏR, Qətər, Bəhreyn, Oman, İraq, Yəmən, Misir, Suriya, Tunis, Livan, Liviya, Əlcəzair, Mərakeş, İordaniya, Fələstin, Əfqanstan, Hindistan, Banqladeş, Nepal, Miyanmar, Monqolstan, Filippin, Şri-Lanka, Tayland, Sinqapur, Vyetnam, Kombociya, Malayziya, İran, Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Avstraliya, Amerika Birləşmiş Ştatları, Kanada, Nikaraqua, Panama, Paraqvay, Ekvador, Böyük Britaniya, Rusiya, İsveç, İtaliya, Niderland, Almaniya, Xorvatiya, İsveçrə, Yunanstan, Bolqariya, İrlandiya, Bosniya və Herseqovina, Norveç, Serbiya, Polşa, Macarıstan, Fransa, Belçika, Rumıniya, Avstriya, Makidoniya, Mavritaniya, Somali, Cibuti, Cənubi Sudan, Tanzaniya, Efiopiya, Syerra-Leone, Nigeriya, Seneqal, Kabo-Verde, Kot-d'İvuar, Botsvana, Malavi, Liberiya, Konqo, Moqadişo, Burkina-Faso, Keniya, Uqanda, Zimbabve, Burundi, Çad, Niger, Qambiya, Cənubi Afrika, Zambiya, Benin, Mali, Mozambik, Qana, Qvineya, Ruanda, Eretriya, Namibiya, Mavriki vətəndaşları və BMT-nin bir neçə işçisi var.

 

Səudiyyə Ərəbistanı Krallığı Sudanda qan tökülməsinə son qoymaq, döyüşləri dayandırmaq, siyasi həll prosesinə qayıtmaq üçün, var qüvvəsini sərf etməkdə davam edir. Bununla bağlı o, Sudandakı qruplar, qardaş və dost dövlətlər, beynəlxalq təşkilatlarla təmaslar qurur. Krallıq həmçinin qardaş və dost dövlətlərlə birgə atəşkəsin bərqərar olunmasına, humanitar dəhlizlər açılmasına və mülki əhalini qorumasına stimul verir. Bundan əlavə Krallıq 24 saat ərzində özünün bütün dövlət qurumlarının müntəzəm səyləri ilə təxliyə əməliyyatlarının təşkili və koordinasiyasında mərkəzi rolunu icra edək, bütün ölkələrin mülki vətəndaşlarının salamat çıxışı, qardaş və dost dövlətlərə bu sahədə bütün yardımları göstərməkdən əmin olur.

 

Ağanisə Əliqaraqızı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI