“…YAP-la əməkdaşlığa hazıram” - MÜSAHİBƏ

13:46 12-02-2019 | icon 541 | Siyasət
“…YAP-la əməkdaşlığa hazıram” - MÜSAHİBƏ

Əli Əliyev: “Müxalifət düşərgəsinin köhnə iştirakçıları öz düşüncələri ilə monopolist iqtidarı xatırladırlar”

 

 

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin Versus.Az-a müsahibəsi

 

- Əli bəy, sizcə müxalifət partiyalarının sizin də daxil olduğunuz Qarabağ Komitəsi, eləcə də Azərbaycan Xalq Hərəkatı təşkilatı formatında bir araya gəlməsi ona verilmiş sosial sifarişi ödəyə biləcəkmi?

 

“Elə düşünürlər ki, siyasi meydan kartof-soğan bazarıdır”

 

- Mən Qarabağ Komitəsinin müşahidəçi statuslu üzvüyəm. Fəallığım Qarabağ mövzusuna veriləcək dəstək qədərdir. Lakin təşkilati və digər baxımlardan yaxından iştirakçı deyiləm. Bunun öz səbəbləri var.

Azərbaycan Xalq Hərəkatına gəldikdə, mən bu qurumun həm təsisçisi, həm də idarə heyətinin üzvüyəm.

Sifarişə gəldikdə, onu deyə bilərəm ki, burada yalnız xalqın yaratdığı hərəkətlənmə fonunda ictimai tələbdən söhbət gedə bilər. Başqa növ sifarişlər mənim üçün keçərli deyil, sifarişlə işləyənlərdən deyilik. İnanmaq istəyirəm ki, hərəkatdakı fəaliyyətimizlə xalqdan gələn tələbləri doğrulda biləcəyik. Hər halda buna çalışırıq.

 

“Bu kirəcləşmiş beyinlər iqtidardakı donmuş təfəkkürdən heç nə ilə fərqlənmir”

 

- Məlumdur ki, AXH bəzi partiyalar tərəfindən qınaqla qarşılandı. Hətta mübahisələrin AXCP, Milli Şuranın onu özlərinə alternativ hesab etdikləri üçün yarandığı qeyd olundu.

 

- Bu təbiidir. Bir düşərgədə bəlli iştirakçılar yeni qurumun ortaya girməsində maraqlı olmazlar. Çünki yeni qurum ictimai rəyə yeni fikir, yeni nəfəs gətirə bilər. Bu isə digərlərində diskomfort yaradır. Hər halda iddia edilən eyni seqmentin bölünməsi, yenidən paylanmasıdır. Köhnə oyunçular fərqində deyillər ki, həyatın öz dinamikası var. Zaman hər şeyə öz korrektəsini edir. Yeniliyi düzgün qavramaq, onunla hesablaşmaq lazımdır. Hesablaşmazsan, məcburən hesablaşdırarlar. Bəzi hallarda müxalifət düşərgəsinin köhnə iştirakçıları, öz düşüncələri ilə monopolist iqtidarı xatırladırlar. Onlar da elə düşünürlər ki, siaysi meydan kartof-soğan bazarıdır, buranın bir idxalatçısı ola bilər. Yanılırlar, dövran dəyişib. Mənə görə, bu kirəcləşmiş beyinlər iqtidardakı donmuş təfəkkürdən heç nə ilə fərqlənmir. Bizim siyasi meydanda rəqibimiz iqtidardır. Sövqi-təbii şəkildə kimlərləsə meydanı və elektoratı zorən bölürüksə, bu, siyasətin qaydasıdır, bizim deyil. Kimlərsə bizi rəqib kimi görəcəksə, öz işləridir, bizim müşkülümüz deyil. Büt tanımırıq, onları sındıranlardanıq, yəni müsəlmanıq.

 

- Bir-birini ittiham edən müxalifət liderləri niyə qaranlıq məqamlara aydınlıq gətirə bilmirlər. Niyə Qarabağın işğalı faktı siyasiləri bir araya gətirə bilmir?

 

- Bu sual mənə aid deyil. Mən susduqları halda, heç kəsi ittiham etmirəm. Özüm haqda deyilənlərə isə əhəmiyyət vermirəm. Dəfələrlə bildirmişəm ki, kimin nə faktı varsa, buyursun, bəyan etsin. Yoxdursa, sussunlar. Fərqli siyasi baxışlara malik olmaq casusluq deyil. Mənim bir az həkimlikdən xəbərim var. İnsanın təhtəlşüurunda nə varsa, başqalarını da o assosiasiyada görür, yaxud elə olmasını arzulayır. Bu geniş mövzudur və psixiotrik problemdir.

Qarabağ məsələsi mənim müxalifətçi olmadığım mövzudur. Bu məsələ ətrafında mən hətta prinsipial və barışmaz mübarizə apardığım YAP-la da əməkdaşlığa hazıram, nəinki müxalifətdəkilərlə.

 

- Sizcə bu minvalla, suyu bulandırıb orda balıq tutmağın daha asan olduğunu düşünənlər nəyə ümid edirlər?

 

“Qısqanclıq nümayişi qısırlıqdan başqa bir şey deyil”

 

- Fikrimcə, bu zəiflikdən doğan davranışdır. Arqument çatışmadıqda, ən rahat üsul başqalarını çirkaba bulamaqdır. Bunu xüsusən bulaşıq adamlar etdikdə, təəccüblənməyə bilmirsən. Belə şəxslər dialektikadan bixəbərdirlər. Həyat davam edir, dinamikdir. Dinamika yenilənməni ehtiva edir. Təzələnməyən sistemlər ölümə məhkumdur. Bunu etməyə təşəbbüs edənlər isə sistem qatilləridir. Bu halda isə təşəbbüs cəmiyyətin qətliamıdır. Belə ağır mübarizə şərtlərində istənilən birliyə, təşkilata, hətta fərdə qucaq açmaq əvəzinə qısqanclıq nümayişi qısırlıqdan başqa bir şey deyil.

 

- Bəzi siyasi ekspertlər bir şox hallarda kiçik partiyaların bir araya gəlməsini sıfırların yan-yana düzülməsi qədər nəticəsiz proses kimi qiymətləndirirlər. Sizcə “0” toplumu hesab olunan bu qurumların vahid gücə çevrilməsi üçün nə edilməlidir?

 

- Obrazlı verdiyiniz suala, elə obrazlı da cavab verim. Ola bilər kimlərsə, yenilərə sıfırların yığnağı kimi yanaşsınlar. Bəs birdən bu sıfırların qarşısına, önünə vahid çıxsa, onda nə edəcəklər? Bu çoxlu sıfırlar həmin milyonların fəthi olmayacaqmı? Bunu heç düşünüblər? Bu yerdə psixiatriyaya müraciət etməmək olmur. Şizofreniyanın formalarından biri özünə vurğunluq, müstəsnalıq sindromudur. Bəziləri elə düşünür ki, onlardan başqa lider yetişə bilməz. Məsləhət görərdim ki, psixiatra olmasa da, psixoloqa müraciət etsinlər. İnanıram ki, faydalı olar.

 

- Əli bəy, özünü "komandir" hesab edib kənarda dayanan bəzi partiyaların bu gün də müxalifətin bir araya gəlinməsinə maneə törətdiyi qeyd olunur.

 

- Komandirlərin dövrü çoxdan bitib. Şir praydda qocaldıqda cavanı gəlib onu ailədən qovur. Qocanın gücü yetdikdə cavanı ailəyə buraxmır. Təbiətin bu dəyişməz qanunu insana da aiddir. Təəssüf ki, bu vaxta qədər iqtidarın və xarici qüvvələrin gücü ilə bəzi qartımışlar ortada qala biliblər. İndi isə sosial şəbəkə və internet TV-lər üzərindən rəqabət şansı əmələ gəlib. Bir qədərdən sonra kimin kim olduğu yaxın dövr üçün aydınlaşacaq. Yoxsa 26 illik iqtidarın dəyişməz müxalifətinin qalması anomaliyanın başqa tərəfidir. Bu müddətdə iqtidarın, nazirlərin meydanda qalmasının anormallığını elə müxalifət düşərgəsinin mənəzrəsinə də aid etmək olar.

 

“Sevinc xanım tərəfsizdir”

 

- Bu gün bu prosesə jurnalistləri də qoşublar. Yəni Osmanqızının məhz həmin kəsimdə - Milli Şura, AXCP qrupuna işlədiyi, tərəf tutduğu qeyd olunur. Bu da məlumdur ki, siz Osmanqızı TV-də çıxışlar edirsinz. Sizin buna münasibətiniz necə olacaq. Çünki sizin də hansısa tərəfə işləməkdə ittihamlanma təhlükəniz var. Sizcə bu qarmaqarışıqlığın aydınlanması üçün hansı addımlar atılmalıdır?

 

- Elə gətirdiyiniz nümunədən, yəni Osmanqızı kanalında mənim də çıxış etməm göstərir ki, Sevinc xanım tərəfsizdir. Siz deyən kimi olsaydı, məni öz efirinə buraxmazdı. Ümumiyyətcə, mənə görə Sevinc Osmanqızı peşə etikasına əməl edən jurnalistdir. Mənim ona dərin rəğbətim mövcuddur. İttihamlardan isə çəkinmirəm. Siyasətçinin silahı məntiqi, mövqeyi və reputasiyasıdır. Hər məsələ aşkardadır. 30 ilə yaxın siyasətlə məşğulam. İstənilən suala cavab verməyə hazıram, polemikadan qaçmıram. Amma üz-üzə gələcək siyasi şəxslərin sayının çox olmasını düşünmürəm.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”