Bu dəfə Vaşinqtonda planlaşdırılan görüşdə nə baş verə bilər?...
Mətbuatda gedən məlumata görə, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan dövlət katibi Entoni Blinkenin dəvəti ilə mayın 1-də Vaşinqtonda üçtərəfli görüş keçirəcəklər.
Bu dəfə Vaşinqtonda planlaşdırılan görüşdə nə baş verə bilər?
Politoloq Elxan Şahinoğlu Versus.az-a bildirib ki, aprel ayı ərzində amerikalı diplomatların intensiv olaraq Bakı və İrəvana səfərləri və Vaşinqtondan edilən zənglər Dövlət Departamentinin iki ölkə arasında dialoqu genişləndirmək məqsədindən xəbər verirdi. Onun fikrincə, bu görüşdə tərəflər arasında yerdə qalan fikir ayrılıqlarını ortadan qaldırlımasına çalışılacaq.
““Turan”ın məlumatına görə, Vaşinqton tərəflərə sülh sazişinin imzalanması üçün “yol xəritəsi”nin hazırlanmasını təklif edəcək. Yaxşı ideyadır. Ermənistanın baş naziri Nikol Paşinyan “Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq” deyəndən və Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi yaratdıqdan sonra İrəvanın və Qarabağ separatçılarının manevr imkanları qalmayıb”.
Politoloq qeyd edib ki, erməni mənbələr iddia edirlər ki, Vaşinqton sülh sazişinin imzalanması məqsədilə İrəvana təzyiqi artırıb.
“Həqiqətən Vaşinqton məsələni uzatmadan Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir. Azərbaycan da bunu istəyir. Ermənistan hakimiyyəti isə sözdə sülh istəsə də, əməldə Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq sazişi imzalamağı yubatmağa çalışır. Baş nazir Nikol Paşinyanın fikrincə, sülh sazişi imzalandıqdan sonra Azərbaycan Qarabağda separatizmə son qoyacaq, ona görə sülh sazişiylə “risqə” getmək istəmir.
Paşinyan Azərbaycanla sülh sazişi imzalamasa belə Qarabağda erməni separatizminə son qoyulacaq. Bunun sülh sazişi ilə əlaqəsi yoxdur. İrəvanın Rusiyaya yalvarışları nəticə vermədiyinə görə indi də Fransaya yalvarırlar ki, Azərbaycanı Paris durdursun”.
Politiloq İrəvanın Parisə bir neçə təklif verdiyini qeyd edib.
“birincisi, Fransa Qarabağ ermənilərinin təhlükəsizliyinə cavabdeh olsun, ikincisi Fransa Laçın yoluna nümayəndələr göndərsin. Bu təkliflərin perspektivi yoxdur. Çünki, Azərbaycan Fransanın Qarabağ məsələsinə qarışmasına imkan verməyəcək. Paris belə cəhdlər etsə Azərbaycanla münasibətləri normallaşdıra bilməyəcək. İkincisi, Rusiya da münasibətləri gərgin olduğu Fransanı bölgədə möhkəmlənməsini elə Ermənistan üzərindən əngəlləməyə çalışacaq. Fransa təmsilçiləri bircə Laçın yoluna yaxınlaşıb sərhəd-keçid məntəqəmimizə məsafədən baxış həyata keçirə bilərlər. Buna etirazımız yoxdur, əksinə özləri müşahidə etsinlər ki, sərhəd humanitar məqsədlə istifadəyə açıqdır”.
Ləman
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"