Sərhəddə şiddətli ATIŞMA

09:36 11-05-2023 | icon 527 | Müharibə
Sərhəddə şiddətli ATIŞMA

Ermənistan İran dronlarından istifadə edir

 

Azərbaycan-Ermənistan sərhədində toqquşmalar davam edir.

 

Versus.Az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

 

Məlumatda deyilir ki, Ermənistan tərəfi Azərbaycan Ordusunun mövqelərinə kamikadze pilotsuz uçuş aparatlarından fəal şəkildə istifadə edir.

 

İndiyədək 5 güclü partlayışın qeydə alındığı bildirilir. Daha genişmiqyaslı zərbələrin olacağı gözlənilir. İlkin məlumatlara əsasən, söhbət İran istehsalı olan zərbə dronlarından gedir.

 

Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, mayın 10-da Ermənistan ordusu Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.

 

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Müslüm Vidadi oğlu Mahmudlu başından ağır yaralanıb.

 

Mayın 11-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti eyni istiqamətdə daha da gərginləşdiriblər.

 

Ermənistan Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.

 

Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycan bayrağı Xankəndi üzərində mütləq dalğalanacaq”

Paşinyanın bəhanələri birdəfəlik bitdi

“Prezidentin DƏMİR YUMRUĞunun bir parçasıyıq”

Ulu Öndərimiz Heydər Əliyev və Türk Birliyi

Parlamentdə YENİLİK

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın NÖVBƏTİ İCLASINDA

İlhan Doğan’ın hayatı film oldu

“Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır”

Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank

“Şəhidlərimizə borcumuz əbədidir”

“İrəvanda Rusiyadan uzaqlaşma kursu davam edəcək”

"200 illik bir düyünün əsas hissəsini çözə bildik"

Qarabağdakı erməniəsillilərdən Azərbaycan vətəndaşlığı üçün MÜRACİƏT

27 sentyabr tarixi və Azərbaycanın qarşısında açılan QAPI

İsveçrədə niqab QADAĞASI