Ermənistanın sülhdən, danışıqlardan QAÇMA NİYYƏTİ


Elxan Şıxəliyev: "Lokal atəşkəslərin pozulması böyük əməliyyata çevrilə bilər"
“Ermənistan yenə də öz xislətinə sadiq qalaraq şərti sərhəddə, xüsusən də Zod istiqamətində atəşkəsi pozdu. Nəticədə müddətdən artıq xidmətdə olan hərbçimiz yaralanıb. Bu cür lokal - taktiki atəşkəsin pozulmasının hər zaman böyük çaplı konfliktə çevrilmə ehtimalı yaradır”.
Versus.Az xəbər verir ki, bunu hərbi ekspert Elxan Şıxəliyev mayın 10-dan başlayaraq Ermənistan ordusunun Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutması və hərbçilərimiz arasında yaralıların olması ilə bağlı açıqlamasında bildirib.
E.Şıxəliyev Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın minaatan bölmələrinin istifadə edilməsinə dair məlumatlar yaydığını qeyd edərək, bu faktın artıq konfliktin cəbhədə tabor - taktiki səviyyədə davam etdiyini göstərdiyini bildirib. Ekspert qeyd edib ki, minaatan batareyalar tabor komandanlığının tabeliyində olan bir bölmədir və mövqelərdə minaatanlar olmaz.
Ekspert Ermənistanın indiki mərhələdə atəşkəsi pozmasının arxasında sülhdən, danışıqlardan qaçma niyyətinin olduğunu nə çəkib:
“Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin görüşü gözlənilir. Ermənilər hər zaman bu cür yüksək səviyyəli görüşlərdən qabaq təmas vəziyyətində gərginliyi yaratmaqla sülh danışıqlardan yayınır. Belə bir təcrübə var və ermənilər sülh üzərində mesajların zamanının yetişməməsini cəbhədə vəziyyətin normallaşmamasına bağlayırlar. "Cəbhədə atəşkəs pozulur, sülh sazişi üçün şərait yaranmır"- deyə, belə bir durumu düşünülmüş şəkildə ssenariləşdirib, həyata keçirirlər”.
E.Şıxəliyev qeyd edib ki, cəmiyyətimiz, xüsusən də erməni tərəfi bilməlidir ki, əgər sülh sazişi yoxdursa, Ermənistanla şərti sərhəddə və Qarabağın perimetirində erməni silahlıları ilə təmas vəziyyətində kiçik çaplı lokal atəşkəslər olacaq. Lokal atəşkəslərin pozulması böyük əməliyyata çevrilə bilər:
“Ermənilər bunun fərqində olmalı və Sarıbaba əməliyyatını, Fərrux, Qırxqız, sərhəd əməliyyatlarını unutmamalıdırlar. Ermənilər Ermənistandakı mülki missiyaya, Fransa jandarmına arxayın olub əsgərlərimizi atəş altına alıb yaralamamlı, şəhid etməməlidirlər. Çünki Ermənistanın bu təxribatları Azərbaycan tərəfindən misli ilə cavablanacaq. Ermənistan buna da hazır olmalıdır”. /hafta.az/
T.Qafarlı
Versus.Az
Xəbər lenti

Qripə qarşı peyvəndin TƏSİR MÜDDƏTİ
Burun axması və boğaz ağrısı kimi simptomlar