133 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

14:16 12-02-2019 | icon 376 | Siyasət
133 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

 

Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2018-ci il üzrə məruzə” müzakirəyə çıxarılıb.

 

Versus.Az xəbər verir ki, hesabatda deyilir ki, 2018-ci ildə Azərbaycanda 256 ha torpaq sahəsinin qanunsuz olaraq mülkiyyətə, 5657 ha torpaq sahəsinin icarəyə, 8 ha torpaq sahəsinin istifadəyə verilməsi haqqında qərarlar Ədliyyə Nazirliyinin təklifləri və ya iddiaları əsasında bələdiyyələr və müvafiq məhkəmələr tərəfindən ləğv edilib.

 

Məruzədə qeyd olunur ki, bütövlükdə ötən il ərzində 5921 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb.

Hesabat dövründə inzibati nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyinə 72 535 bələdiyyə aktı daxil olub. Onlardan 69 775-i (96%) qanunvericiliyə uyğun hesab edilib, normativ hüquqi aktlara uyğun olmayan 2403 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib. Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 979 akt ləğv edilib, 1031 akt dəyişdirilib, qalan 384 təklif isə baxılmaqdadır.

Bələdiyyələr tərəfindən təmin olunmayan təkliflər üzrə aktların dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 9 iddia qaldırılıb. Onlardan 4-ü məhkəmələr tərəfindən təmin edilərək bələdiyyə aktları ləğv edilib, 5-i isə baxılmaqdadır.

 

Hesabata əsasən, ötən il Azərbaycanda 133 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.

Məruzədə qeyd olunur ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunun 6-cı maddəsində nəzərdə tutulmuş bələdiyyə aktlarının vaxtında təqdim edilməsi üzərində inzibati nəzarətin gücləndirilməsi üçün bir sıra tədbirlər görülüb.

 

Bunun nəticəsində İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin 143 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar üzrə 133 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 10 protokol baxılmaqdadır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı