Deputat gənclərlə bağlı təklif verib

09:24 13-02-2019 | icon 594 | Siyasət
Deputat gənclərlə bağlı təklif verib

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin iclasında çıxış edərək gənclərlə bağlı önəmli dəyişiklikləri nəzərdə tutan “Gənclər siyasəti haqqında" qanunda dəyişiklik edilməsi layihəsini birinci oxunuşda dəstəklədiyini bildirib.

 

Versus.Az-ın məlumatına görə, Qənirə Paşayeva bildirib ki, bu qanun layihəsində istedadlı, təhsilli gənclərlə bərabər, həyatının müəyyən mərhələsində səhv yola düşmüş, zərərli vərdişlərə qurşanmış gənclər və ya gənclərin həmin zərərli vərdişlərə qurşanmasının qarşısını alan tədbirlər nəzərdə tutulur ki, bu da çox vacibdir və tütünə, narkomaniyaya, qumar oyunlarına qurşanmış gənclərin sayının artmamasına öz təsirini göstərəcək.

 

Millət vəkili bu zərərli vərdişlərə qurşanmış gənclərin xilas edilməsinə yönələn addımların nəzərdə tutulduğunu vurğulayıb:

 

“Mən də hesab edirəm ki, bu qanun layihəsində nəzərdə tutulan vacib müddəaların həyata keçirilməsinə müvafiq qurumlar daha da fəal olmalıdır və ciddi nəzarət etməlidir və həmin qurumların məsuliyyət məsələsi də bu sənəddə öz əksini tapmalıdır. Bu qanun layihəsində qeyd edilən 18 yaşına çatmayan şəxslərə tütün məhsullarının satışının qadağan edilməsi digər qanunvericilik aktlarımızda da nəzərdə tutulsa da, çox təəssüf ki, buna riayət edilmir. Məsələn, qanunla siqaret satılan köşklərin məktəblərdən hansı məsafədə olması ilə bağlı qanunvericilikdə müəyyən tələblərin olmasına baxmayaraq, hələ də bir sıra məktəblərin yaxınlığında həmin köşkləri görmək mümkündür. Bu kimi hallara son qoyulmalıdır”.

 

Q.Paşayeva qeyd edib ki, qanunda qadağan edilməsi nəzərdə tutulan 18 yaşına çatmayan şəxslərin idman-mərc oyunları ilə məşğul olması sahəsinə nəzarət edən qurumların daha məsuliyyətli olmalarına ehtiyac var:

 

“Bu kimi hallara imkan verməməlidirlər. Bu qanunun bölgələrdə də icrasına böyük ehtiyac var. Bu qanunda cənab Prezidentin gənclərlə görüşündə verdiyi çox önəmli mesajların öz əksini tapdığı, gənclərimizin məşğulluq, asudə vaxtlarının səmərəli keçirmələri, gənc alimlərimizin vəziyyətinin yaxşılaşdırılması kimi məsələlər nəzərdə tutulduğu üçün bu qanun layihəsini dəstəkləyirəm.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı