Ərdoğan rəqibləri haqqında yazdı

16:07 18-05-2023 | icon 510 | Dünya
Ərdoğan rəqibləri haqqında yazdı

“Teatr qurdular, indi də vicdansızlıq nümayiş etdirirlər”

 

“Parlament seçkisinin Cümhur İttifaqının qələbəsi ilə başa çatması və prezident seçkisində yaranmış ciddi fərq Cümhuriyyət Xalq Partiyasının sədrinin və onun komandasının rahatlığını pozub”.

 

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz “Twitter” hesabında yazıb.

 

69 yaşlı siyasətçi qeyd edib ki, CHP rəhbərliyi mayın 14-də nəticələri bildiyi halda “qalib gəldik” teatrını təşkil edib:

 

“Qutuların rəngi məlum olduqca, yalanları ortaya çıxdı. Buna baxmayaraq, nə seçicilərindən, nə də ictimaiyyətdən üzr istədilər”.

 

R.T.Ərdoğan bildirib ki, qarşı tərəf indi də insani dəyərlərə sığmayan hərəkətlər edir, onlara səs verməyən zəlzələ bölgəsinin insanlarına göndərdikləri humanitar yardımları dayandırıblar:

 

“Bu şəxslər zəlzələ bölgəsinə göndərdikləri yardımı kəsməkdən tutmuş, zəlzələ qurbanlarını otellərdən qovmağa qədər hər cür vicdansızlıq nümayiş etdirirlər. Mən hələ sosial şəbəkələrdəki çirkin kampaniyaları demirəm...

Bilirəm ki, yaxınlarını itirmiş ürəyi yaralı vətəndaşlarımız baş verənlərdən çox narahatdırlar. Hansı partiyaya səs verməsindən asılı olmayaraq, 85 milyon insanın hamısı bu fəlakətin kədərini yaşayır. Heç kim narahat olmasın, heç bir vətəndaşımız bu şər qarşısında ümidsizliyə qapılmasın.

Dövlət-millət həmrəyliyi ilə, inşallah, yaralarımızı birlikdə sağaldacağıq. Zəlzələdən əziyyət çəkən qardaşlarımızı tək qoymayacaq, yanlarında olacağıq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür