“Keçmişə səyahət” - TƏQDİMAT

11:37 13-02-2019 | icon 900 | Mədəniyyət
“Keçmişə səyahət” - TƏQDİMAT

Milli Azərbaycan Tarixi Muzeyində “Путешествие в прошлое» (“Keçmişə səyahət”) adlı kitabın təqdimatı keçirilib.

 

Versus.Az-ın məlumatına görə, sözügedən kitab millət atası adlandırılan Hacı Zeynalabdin Tağıyevin ailəsindən bəhs edir.

 

Əsərin müəllifi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səidə Miri-zadə ailənin bir üzvü olaraq, eşitdiklərini, gördüyü və bildiklərini bu kitabda toplayıb.

 

Təqdimat mərasimini Muzeyin elmi katibi, t.ü.f.d., dossent Fərhad Cabbarov açaraq, XIX-XX yüzilin əvvələrində fəaliyyət göstərmiş böyük xeyriyyəçi, maarifpərvər ziyalı olmuş H.Z.Tağıyev haqqında və bu kitabın böyük əhəmiyyətindən danışıb.

 

Sonra kitabın müəllifi Səidə Miri-zadə öz kitabını təqdim etdi və mövzuya aid bir neçə açıqlama verib. Kitabın səhifələrindən baxan fotoşəkillər müəllifin fikrini ailənin möhkəm və ziyalı olduğunu ifadə edir.

Səidə xanım H.Z.Tağıyevin kiçik qızı Sürayənin gəlinidir. Və bu, kitabın nə qədər maraqlı və faydalı olduğundan xəbər verir.

 

Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı, Jurnalist Nadejda İsmailova, rəssam Arif Hüseynov, Sürayə xanımın nəvəsi Nazim Abdullayev və başqaları çıxış edərək, bu kitabın əhəmiyyətindən danışıb, kitabın müəllifinə öz minnətdarlığını bildirdilər.

 

Çıxışlarda bir arzu da səsləndi – Hacı Zeynalabdin Tağıyev haqqında mütləq əhatəli film çəkilməlidir.

Sonda bir daha çıxış edən müəllif tədbiri təşkil edənlərə və burada iştirak edənlərə öz təşəkkürünü bildirərək, bir arzusunu da bildirdi – H.Z.Tağıyevin açdığı qız məktəbinin üzərində millət atasına aid bir lövhə qoyulsun.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı