“Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionun inkişafını stimullaşdıracaq”

10:19 27-05-2023 | icon 195 | Siyasət
“Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionun inkişafını stimullaşdıracaq”

Vüqar Bayramov: “Bütün region ölkələri bu kommunikasiyaların bərpası və Zəngəzur dəhlizinin istifadəyə verilməsindən bəhrələnə biləcək”

 

 

“Azərbaycan üçün kommunikasiyaların bərpa edilməsi, həm də Azərbaycanla Naxçıvan arasında quru nəqliyyatın bərpa edilməsi anlamına gəlir və bu, Zəngəzur dəhlizinin bərpası deməkdir. Həmin quru sərhəd Prezident İlham Əliyev tərəfindən  "Zəngəzur dəhlizi" adlandırılıb. Azərbaycan daha qısa zamanda Zəngəzur dəhlizinin bərpa edilməsinə çalışır. Bu, yalnız Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan üçün deyil, eyni zamanda bütövlükdə regionun inkişafını stimullaşdıracaq bir layihədir”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizi, Zəngəzur dəhlizinin hansı yeni nəqliyyat imkanları yaratması, bu istiqamətdə yaranan maneələrlə bağlı açıqlamasında bildirib.

 

V.Bayramov Moskva görüşünə diqqət çəkərək, müzakirə edilən məsələlərdən birinin məhz kommunikasiyaların bərpa edilməsi və bu prosesdə əsas maneə olan Ermənistanın da kommunikasiyaların bərpa edilməsində maraqlı olduğunu bəyan etməsini qeyd edib. Deputat eyni zamanda bildirib ki, şimal-cənub nəqliyyat dəhlizi də Rusiya-Ukrayna müharibəsinə baxmayaraq öz əhəmiyyətini qoruyub saxlayır:

 

“Çünki Rusiyadan cənuba, xüsusən də sanksiyalara qoşulmayan ölkələrə yüklərin daşınması aktual olaraq qalır. Bu istqamətdə işlər görülür. Digər bir tərəfdən şimal-cənub dəhlizi həm də Zəngəzur dəhlizi vasitəsi ilə daha geniş istiqməti əhatə elə bilər ki, bu da region üzərindən daha böyük yükdaşımalar deməkdir. Ona görə də kommunikasiyaların bərpa edilməsi, Zəngəzur dəhlizinin istifadəyə verilməsi birmənalı şəkildə regionun inkişafını stimullaşdıracaq və sözsüz ki, bütün regon ölkələri bu kommunikasiyaların bərpası və eyni zamanda Zəngəzur dəhlizinin istifadəyə verilməsindən bəhrələnə biləcəklər”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür