Laçınlılar doğma yurda qayıdışın sevincini yaşayırlar

05:38 30-05-2023 | icon 361 | Qarabağ
Laçınlılar doğma yurda qayıdışın sevincini yaşayırlar

Məlumat verdiyimiz kimi, bugünlərdə 20 ailə Laçına köçürülüb.

 

“Xəzər Xəbər” evlərinə köçürülən Laçın sakinlərindən birinin evində qonaq olub, onlarla söhbətləşib.

 

Məlum olub ki, öz yurdlarına qayıdan laçınlılar artıq evlərinə yerləşirlər.

 

Bununla bağlı hazırlanmış reportajda qeyd olunur ki, 30 il əvvəl laçınlılar Laçını qoyub getmək məcburiyyətində qalanda buralar balaca, sadə evlərdən ibarət idi. İndi isə vəziyyət dəyişib.

 

Artıq Laçın nağıllara bənzəyən bir diyara çevrilib. Buradakı sadə və gözəl evlər, yeni küçələr, yeni binalar şəhəri valehedici formada dəyişib.

 

Gənclik illərini Laçında keçirən Elnur Abdullayev deyir ki, yeni Laçın yaşam üçün daha uyğundur.

 

Nəcəfovlar ailəsində böyükdən kiçiyə hər kəs bu günü böyük coşqu və sevinc ilə qarşılayır.

 

Evin xanımı gözlərinə inanmadığını deyir.

 

Evin böyüyü İsgəndər kişi xəyalını belə qura bilmədiyi evin gerçək olduğuna inana bilmir.

 

Qeyd edilir ki, yaxın vaxtlarda iş yerlərinin bəzilərinin istifadəyə verilməsi nəzərdə tutulur. Bununla da Laçına dönən insanların işlə bağlı hər hansı problemi olmayacaq.

 

Hazırda Laçının hər tərəfində Böyük Qayıdışa hazırlıq gedir. İyun ayından etibarən daha bir qrup Laçın sakini evinə qayıdacaq.

 

Daha ətraflı süjetdə:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI