“Sülhməramlıların Qarabağda yaratdığı “təmas xətti” götürülməlidir”

08:33 31-05-2023 | icon 388 | Qarabağ
“Sülhməramlıların Qarabağda yaratdığı “təmas xətti” götürülməlidir”

Ağasəf İmran: “30+2 ildən çoxdur ki, vəziyyətin necə süründürüldüyünü görürük"

 

“Moskvada, Kişinyovda Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi adı ilə keçirilən üçtərəfli görüşlər hamısı maraqlı güclərin region uğrunda qurduğu oyunların bir parçasıdır. Aparılan, icrasız qalan danışıqlar Azərbaycanın daxilində olan problemin qeyri-müəyyən vaxta daşımaqdır. Belə getsə, Putinin “status” məsələsini gələcək nəsillərə daşımaq” istəyini beləcə həyata keçirdəcək”.

 

Bunu Versus.az-a iqtisadçı siyasi ekspert Ağasəf İmran aparılan danışıqlar prosesində Rusiya sülhməqamlılarının Qarabağda qurduğu “təmas xəttinin” Laçına edilən ilk köçlə bağlı nə dərəcədə dəyişəcəyi, hansı təxirəsalınmaz əməliyyatların keçirilməsi ilə bağlı açıqlamasında bildirib.

 

Ekspert bildirib ki, tarix Ermənistan-Azərbaycan arasında keçirilən danışıqların ciddi rolunun olmadığını bizə göstərib:

 

“Biz 30+2 ildən çoxdur ki, vəziyyətin necə süründürüldüyünü görürük. Sülhməramlılar, eləcə də vasitəçi dövlətlər regionda nələrin baş verdiyini yaxşı bilirlər. Ona görə də məsəələ ciddi şəkildə qaldırılmalıdır. Eləcə də ABŞ, Brüssel, Rusiyanın, Kişinyovun apardığı boş danışıqdan real əmələ keçmək lazımdır. Xankəndi və Qarabağın erməni separatçıları olan ərazilərini təmizləmək lazımdır. Ya Azərbaycan vətəndaşı olub qanunlara tabe olsunlar, ya da rədd olub getsinlər. Bu problem danışıqlarla həll edilməyəcək”.

 

A.İmran qeyd edib ki, Qarabağda yerləşən Rusiya sülhməramlıları Azərbaycan hökuməti ilə işləmək əvəzinə, hansısa təminat-təhcizat adı ilə Laçın yolundan keçməklə Ermənistana gedir, yüklərini oradan gətirirlər.

 

“Azərbaycan hökumətinin özünün yükdaşımalar üçün yol imkanları varsa, nəyə görə sülhməramlılar Bakıdan deyil, Ermənistandan keçərək Qarabağa gəlir”-deyə ekspert həmin yolun bağlanmasının  təmin edilməsini mühüm sayıb:

 

“Rusiya  sülhməramlılarının Qarbağdan Ermənistana gedən yolu bağlanmalı, erməni hərbi quldur dəstələrinə ərazidən çıxmaları üçün qısa vaxt qoyulmalıdır. Ya xoşluqla çıxmalı, ya da tərksilah olunmalıdırlar. Rusiya sülhməramlıları Azərbaycan daxilində “təmas xətti” adı ilə sərhəd qurub, erməni separatçılarına səngər yaradıblar. O “sərhəd-təmas xətti” götürülməlidir. Heç bir dövlətdə təmas xətti yoxdur. Dövlət daxilində sərhəd ola bilməz. Bu məsələ rus hərbi kontingentinin komandanlığı qarşısında qaldırılmalıdır və Azərbaycan əhalisi öz kəndlərinə köçürülməlidir. Eləcə də erməni cinayətkarlarını məhbuslardan çıxardıb Qarabağda yerləşdirən bu rus missiyasından tələb edilməlidir ki, Azərbaycan əhalisinin öz yurduna köçürülməsi üçün şəraiti təmin etsin. Əgər bu şərtlər yerinə yetirilmirsə sülhməramlıların ərazidən çıxarılması tələb edilməlidir. Əks halda, məsələ bataqlığa düşəcək və onu çıxarmaq mümükün olmayacaq”.

 

A.İmran rus sülhməramlıların Ermənistana gedən yolunun bağlanmasını, üçtərəfli sazişdə təminat-təhcizat məsələsinin göstərilməməsi ilə əlaqələndirib:

 

“Sülhməramlı ölkənin sərhəddində qoyulan elə bir deşik rolunu oynayır ki, ordan siçan rahat girsin. Heç bir dövlətdə belə bir şey yoxdur”.

 

A.İmran bildirib ki, 44 günlük müharibə və 2020-ci il 10 noyabr üçtərəfli sazişinin 3 -cü ilinə az qalıb. Ekspert hesab edir ki, Rusiya “regiona mən nəzarət edirəm, mən həll edəcəm” -deyib, Qərbə, Avropaya qarşı “cəbhə” açıbsa, nəyə görə həmin sazişdə götürdüyü öhtəlikləri yerinə yetirmir. Onun sözlərinə görə, Rusiya guya Qərbin danışıqlar prosesində vasitəçiliyini qəbul etmir, amma bu danışıqlar oyununda “topun” o əldən, bu ələ ötürülməsi onun da maraqlarına uyğundur:

 

“Çünki “görünən kəndə nə bələdçi...” Separatçılara və ölkə daxilində təmas xətti yaradan sülhməramlılara problemin həlli üçün 1 ay vaxt qoyulmalıdır. Əməl olunmayacağı təqdirdə ərazidən çıxarılmalıdır”.

 

A.İmran Qarabağda olan separatçıların liderlərinin təcili həbs olunmasını sülhyaratma prosesinin əsas amili kimi qeyd edib:

 

““Laçın dəhlizi” bağlanan kimi separatçı qüvvələr ərazidən çıxarılmalı, liderləri-Arutunyan, Vardanyan, babayanlar dövlət əleyhinə işlər apardığına görə qolları qandallanıb Azərbaycana təhvil verməli idi. Nəinki onlarla hansıssa danışıqlar masasında oturmaq. Danışıqlar Azərbaycanın başını qatmağa yönəlib. Rusiya sülhməramlılarından üçtərəfli sazişin yerinə yetirilməsi tələb olunmasa, növbəti danışıqlar 30 il də sürünəcək”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI