"Zəngəzura, İrəvana qayıdış məsələsində həlledici əsas xətt"

08:47 31-05-2023 | icon 410 | Qarabağ
"Zəngəzura, İrəvana qayıdış məsələsində həlledici əsas xətt"

Firdovsiyyə Əhmədova: “Qərbi Zəngəzura, İrəvana qayıdşı təmin edəcək beynəlxalq mexanizm olmalıdır”

 

Bu gün Azərbaycan xalqı dövlət başçısının liderliyi ilə işğaldan azad olunan ərazilərinə qayıdır. Bu proses vahid güclə qarşıya qoyulan məqsədlərimizə çatacağımızı şəksiz edir. Regionun bugünkü reallığı Azərbaycan xalqının öz tarixi torpaqlarına -Qərbi Zəngəzura, İrəvana qayıdışını yeni reallıqlar fonunda aktuallaşdrıb. Tarixi torpaqlara qayıdışın yol xəritəsi ilə Şərqi Zəngəzura-Laçına gedən ilk köç karvanının, marşrutunun Qərbi Zəngəzura istiqamət alması “Qayıdış Konsepsiyası”na əsasən faktlarla ifadə edilir. Eyni zamanda Ermənistanın Azərbaycanın dövlət sərhəd bütövlüyünə qarşı 30 illik işğal və revanşist niyətlərinin bu gün də davam etdirilməsi niyyətlərinə nəzər salsaq, bu prosesin hansı maneələri adlamalı olduğu birmənalı deyil. Lakin  “öz torpaqlarından qovulan azərbaycanlıların sərhəd, qonşuluq, sülh, insanlıq tanımayan Ermənistanın sərhədləri, hakimiyyəti daxilində yaşayışı necə təmin ediləcək və bunun üçün hansı mexanizm işlənməlidir”-sualı ortada.

 

Bu istiqamətdə Versus.az-a açıqlama verən tarixçi alim Firdovsiyyə Əhmədova bildirib ki, 44 günlük müharibədə Azərbaycan torpaqlarının işğaldan azad olunması digər  işağal altında olan torpaqlarımızın azadlığına olan ümidləri artırıb. Onun sözlərinə görə, rmənistanla sülh sazişinin imzalanacağı bəyanatlarının verildiyi, danışıqların aparıldığı bir mərhələdə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini nəzarətə götürməsi baxımından bir nikbinlik yaranıb.

 

O, hesab edir ki, Azərbaycanın indiki Ermənistan respublikasının hakimiyyəti altında olan torpaqlardan qovulmuş azərbaycanlıların qayıdışı məsələsinin müzakirəsi bu mənada təsadüfi deyil:

 

“II Qarabağ müharibəsində zəfərimiz olmasaydı, biz bu gün Qərbi Azərbaycana qayıdış məsələsini müzakirə edə bilməzdik. Bu müstəvini müharibə zamanı əldə etdiyimiz qələbə yaratdı. Bu zəfər minlərlə şəhidimizin qanı bahasına əldə olundu”.

 

F.Əhmədova hesab edir ki, indiki Ermənistan ərazisində olan Azərbaycan torpaqlarının hakimiyyətimiz altına keçirilməsi yox, azərbaycanlıların orada yaşamaq hüququ vardır. Onun fikrincə, “Yaşamaq hüququ” Zəngəzura, İrəvana qayıdış məsələsində  həlledici əsas xəttdr:

 

“Üstəlik sovetlər dönəmi ilə müasir dönəmi eynilədirmək olmaz. Çünki sovetlər dönəmində respublikalar mərkəzi hakimiyyətdən idarə olunan bir mexanizm idi, mövcud sovet ideologiyasına xidmət başlıca xətt idi. Amma indki situasiyada başqa mənzərədir. Faktiki araq hazırda Ermənistan siyasi hakimiyyəti öz maraqları baxımından böyük dövlətlərlə siyasi diplomatik möhtəkirlik edir. Erməni möhtəkirliyinin indi yeni məzmunda təqdim olunması heç də nikbin ovqat yaratmır. Çünki erməni hakimiyyəti nəinki şifahi şəkildə verdiyi vədlərə əməl eləmir, heç imzaladığ sazişlərə də məhəl qoymur. Və vasitəçi dövlətlər də buna göz yumur, gərginliyin qalmasında maraqlı olduğunu göstərirlər”.

 

F.Əhmənada bu mənada hesab edir ki, bu gün əsas məqsəd Azərbaycan dövlətinin güclü olması, Azərbaycan ərazilərinin birmənalı şəkilə azad olunması, sülhməramlı missiya adı daşıyan  xarici qüvvələrin ərazidən çıxarılması məsələsidir. Onun fikrincə, eyni zamanda yeni bir situasiya yarana bilər ki, o da post-sovet, MDB məkanında gedən proseslər və beynəlxalq səviyyədə aparıcı dövlətləri təmsil edən rəsmi şəxslərdən asılıdır:

 

“Amma indi düşməni fakt qarşısında qoyan Azərbaycan əsgəri amili vardır. Azərbaycan tarixi torpaqlarına  olan haqqını akademik səviyyədə təsbit edə bilirsə, artıq siyasi-ideoloji müstəvidə başqa bir anlam kəsb eliyir”.

 

Tarixçi faktlara istinad edərək bildirib ki, bu gün Azərbaycan dövləti Cumhuriyyətin sahib olduğu bütün ərazilərə sahiblik iddiası irəli sürə bilmir:

 

“Vaxtilə Azərbaycan Cumhuriyyətinin ərazisi, Azərbaycan Muxtariyyatı üçün nəzərdə tutulmuş  ərazidən kiçik idi.  Çünki Azərbaycan Muxtariyyatı üçün nəzərdə tutulan həmin torpaqların bir qismi qonşulara keçmişdi. O cümlədən iki tarixi Azərbaycan qəzasında erməni dövləti yaradılmışdı. Digər ərazilərin isə müqəddəratı beynəlxalq sülh konfransında müəyyən edilməli idi. İyirminci yüz ilin sonunda Azərbaycan torpaqlarının artıq beşdə biri işğal edilmiş vəziyyətdə idi. Üstəlik həmin o  torpaqlarımız üzərində qurulan Ermənistan ərazisində yaşayan azərbaycanlılar son nəfərinə qədər qovuldular. Təbii ki, bu gün BMT səviyyəsində tanınmış torpaqlarımız son qarışına qədər Azərbaycan hakimiyyətinin altında birləşdirilməlidir”.

 

F.Əhmədova qeyd edib ki, Azərbaycanlıların tarixi torpaqlarına qayıdışı baxımından müasir dövrdə əməli addımlar atılmaqla müşahidə olunan siyasi diplomatik proseslər var. Öz ata-baba yurdundan məhrum edilmiş azərbaycanlılar yaşadıqları İrəvan torpaqlarına qayıtmaq haqqına sahibdirlər və eyni zamanda bu yalnız hüquqi baxımdan yox, mənəvi baxımdan da cumhuriyyət irsinə varislik etmək deməkdir:

 

“O tarixi torpaqlara qayıdıb, orada yaşamaq hüququ azərbaycanlıların təbii hüququdur və haqqı təmin olunmalıdır. Amma  o qayıdşı təmin edəcək beynəlxlq mexanizm olmalıdır. Bu məsələ çox vacibdir. Azərbaycan hakimiyətinin nəzarəti altında olan torpaqlarda ermənilərin öz havadarları ilə törətdiyi soyqrım,  faciələri təhlil edəndə, bu gün erməni hakimiyyəti altında yaşamağı niyyət edilən azərbaycanlılara qarşı  hansı divanın tutula biləcəyini təsəvvür etmək olmur. Əslində ermənilərin azərbaycanlılara qarşı tutduğu divan tarixdəndə bəllidir, bu günümüzdə də faktlarla qarşımızdadır.”

 

F.Əhmədova bu mənada hesab edir ki, Azərbaycanlıların öz tarixi torpaqlarına qayıdıb yaşaması üçün beynəlxalq təminata nail olmaq lazmıdır. Amma beynəlxlaq müstəvidə qəbul olunan sənədlərin dekarativ məna daşıdığını icra  olunmadığını nəzərə alsaq, azərbaycanlıların  öz torpaqlarına qayıdıb təhlükəsiz yaşamaq hüququnun təminatı sual altında olacaqdır.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF