Almaniya Rusiyadan tələb etdi

10:26 01-06-2023 | icon 325 | Dünya
Almaniya Rusiyadan tələb etdi

“Ölkədəki dörd baş konsulluğun işini dərhal dayandırın”

 

Almaniya hökuməti Moskvadan Rusiyanın Almaniyadakı beş baş konsulluğundan dördünün işinin dayandırılmasını tələb edib.

 

Bu addım Rusiya Federasiyasındakı alman qurumlarının işçilərinin sayının 350 nəfərə endirilməsi qərarına cavab olaraq atılıb.

 

Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Kristofer Burqer brifinq zamanı bildirib.

 

“Rusiyanın Almaniyadakı mövcudluğuna gəlincə, həm kadr, həm də struktur baxımından qarşılıqlı mövcudluq paritetinin qorunub saxlanılması üçün qarşılıqlı əsasda qərar qəbul edilib. Bununla əlaqədar biz Rusiyanın Almaniyadakı beş baş konsulluğundan dördünün fəaliyyətinə verilmiş razılığı geri götürmək qərarına gəldik”, - deyə Kristofer Burqer qeyd edib.

 

“Rusiya Xarici İşlər Nazirliyi bu barədə məlumatlandırılıb və Rusiyadan Almaniyadakı dörd baş konsulluğun bağlanması prosesinə dərhal başlamaq və ən geci 31 dekabr 2023-cü ilə qədər başa çatdırmaq tələb edilib”, - deyə o əlavə edib.

 

Almaniya hökuməti, həmçinin Yekaterinburq, Kalininqrad və Novosibirskdəki baş konsulluqların bağlanması barədə qərar qəbul edib.

 

“Struktur dəyişikliklərinə ehtiyac olacaq. Rusiyanın bizim işçi heyətin ixtisarına dair göstərişlərini yerinə yetirmək üçün Almaniya hökuməti Kalininqrad, Yekaterinburq və Novosibirskdəki Almaniya konsulluqlarını bağlamaq qərarına gəlib”, - deyə Burqer nəzərə çatdırıb. “Onların işi artıq əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb”, - deyə o bildirib.

 

Kristofer Burqer Rusiyanın Almaniya qurumlarının işçilərini ixtisar etmək qərarını “eskalasiyaya doğru addım” adlandırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hərbçilərin pensiya yaşı ARTIRILIR

Məktəblinin döyülməsi iddiaları ilə bağlı ARAŞDIRMA

Çinin yeni kəşfi

Azərbaycanın bir sıra bölgələrində qar yağır

Mağazaların müştəriləri aldatma üsulları

Zirvə görüşünün əhəmiyyəti

Eyni torpaq sahəsi 36 nəfərə SATILIB

"Ölkələr arasında olduqca konstruktiv dialoq formalaşır"

Azərbaycanlı futbolçu xaricə köçdü

“Uşaq Avroviziya”nın QALİBİ

Axtarışda olan 92 nəfər SAXLANILDI

Birbaşa Həmkarlar Konfederasiyasına aid olan PROBLEM

Məktəblərdə şagirdlərin psixi sağlamlığına necə nəzarət olunur?

Dünyanın ən qədim aysberqi hərəkətə gəldi

Meyvələr qaraciyərin sağlamlığına mənfi təsir göstərir